İran

Niyə hamısı bir helikopterə mindirilib? - Son anda...

21 May 2024 15:39
Baxış: 7 358
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahian eyni helikopterdə uçmamalı idi.

Milli.Az globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə İran mediası təhlükəsizlik orqanlarındakı mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, H.Ə.Abdullahian, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti və İranın ali dini liderinin Təbriz üzrə nümayəndəsi Məhəmmədəli Al-Haşiminin başqa helikopterlə səyahəti planlaşdırılıb, lakin son anda hamısı bir helikopterə mindirilib.

Mənbə bildirir ki, əvvəlki pilotlar İslam İnqilabı Keşikçiləri Korpusundan (SEPAH) seçildiyi halda, bu dəfə uçuş heyəti ordudan olub.

Qəzadan əvvəl helikopterə üç fərqli izləmə cihazı quraşdırılıb. Rəisini daşıyan avtomobildə standart GPRS və transponderlə yanaşı, 72 saat fasiləsiz siqnal ötürən xüsusi sistem olub.
 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.