İran hökuməti Prezident İbrahim Rəisinin ölümünün Nazirlər Kabinetinin işinə təsir etməyəcəyini bəyan edib.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin helikopteri İran-Azərbaycan sərhədindən çox da uzaq olmayan Verzeqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada bütün sərnişinlər və ekipaj üzvləri həlak olub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun