Rəsmi Tehran: İbrahim Rəisinin ölümü hökumətin fəaliyyətinə təsir etməyəcək

20 May 2024 09:58

İran hökuməti Prezident İbrahim Rəisinin ölümünün Nazirlər Kabinetinin işinə təsir etməyəcəyini bəyan edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin helikopteri İran-Azərbaycan sərhədindən çox da uzaq olmayan Verzeqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada bütün sərnişinlər və ekipaj üzvləri həlak olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun