İran

İranda güclü partlayış: şayiələr yayıldı

6 Yanvar 2024 23:02
Baxış: 1 465
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın Fars əyalətində güclü partlayışlar baş verib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, partlayışlardan sonra sosial mediada Bəxteqan gölü yaxınlığında təyyarənin qəzaya uğradığı haqda məlumat yayılıb.

Fars əyalətinin böhran idarəsinin rəhbəri Qulamrza Qulami bildirib ki, təyyarənin qəzaya uğraması xəbəri həqiqəti əks etdirmir, bu şayiə Bəxteqan gölü ərazisində güclü partlayış səsi eşidildikdən sonra yayılıb.

O, yaxınlıqdakı şaxtada partlayış baş verməsi nəticəsində yüksək səsin gəlməsini istisna etməyib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.