İran

İranda qadın jurnalist həbs olundu - FOTO

23 Noyabr 2023 14:09
Baxış: 1 233
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran İnsan Haqları Təşkilatı (HRANA) xəbər verib ki, iranlı jurnalist Nəsim Sultanbeygi Evin Prokurorluğunun birinci şöbəsinə cağırıldıqdan sonra orada həbs edilib. O, üç il altı ay cəzasını çəkmək üçün Evin zindanına köçürülüb.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər yayıb.

Məlumata görə, jurnalist hökumət əleyhinə təbliğat aparmaq, toplaşmaq və əlbir olmaqda ittiham edilib.

Qeyd edək ki, o, 2022-ci ilin 22 dekabr tarixində ölkədən çıxmaq istəyərəkən Tehranın "Xomeyni" beynəlxalq hava limanında saxlanılaraq həbs edilib və fevralın 6-da bir milyard tümən (40 min 522 manat) girov qarşılığında zaminə buraxılıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.