İran

İranda Azərbaycan əleyhinə kitab buraxıldı

16 Oktyabr 2023 14:05
Baxış: 2 851
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın Qum şəhərindəki dini mərkəzlərə bağlı "Həcər" nəşriyyatı Azərbaycan əleyhinə ideoloji təbliğatı artırıb.

Milli.Az Kult.az-a istinadən xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Nərcis Xatun Məhəmmədinin yazdığı "Azərbaycan Respublikasının şiə qadınları" adlı kitab Qum şəhərinin İlahiyyat Seminariyası İdarəetmə Mərkəzinin qadınlar bölməsi tərəfindən nəşr edilib.

Kitabda "Türkmənçay" və "Gülüstan" müqavilələrinə toxunulub, bu müqavilədən sonra Azərbaycan Respublikasında qadınların köləyə çevrildiyi iddia edilib.

Adıçəkilən kitab hazırda İranda ortalama qiymətdən çox aşağı qiymətə satılır. Fars dilində buraxılan kitabın Azərbaycan dilinə tərcümə olunaraq, latın və kiril əlifbalarında nəşr olunacağı bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.