İran

İranda məşhur aktrisa həbs olundu - FOTO

28 İyul 2023 00:42
Baxış: 1 349
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranda tanınmış aktrisa Şöhrə Qəmər saxlanılıb.

Milli.Az Kult.az-a istinadən xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat verib.

"Tasnim Nyus"un bununla bağlı yaydığı xəbərə görə, Şöhrə Qəmərə qarşı son günlər sosial mediada təhqiredici məzmunlu paylaşımlar etdiyi ilə bağlı ittiham irəli sürülüb.

"Cəmiyyətdə psixoloji inamsızlıq hissinə səbəb olan təhqiramiz materiallar paylaşdığına görə Şöhrə Qəmər adlı aktrisaya qarşı cinayət işi açılıb", - deyə yayılan xəbərdə bildirilib.

Qeyd edək ki, məşhur aktrisa sosial media hesabında insanların, xüsusilə də qadınların geyiminə müdaxilə edən hökuməti kəskin tənqid atəşinə tutub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.