İran

Rusiya Qafanda konsulluq açır - İrandan reaksiya

16 İyun 2023 13:29
Baxış: 29 637
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Qafanda konsulluq açmaq qərarı və bunu ən qısa müddətdə reallaşdırma istəyinə İranın ərazidəki konsulu reaksiya verib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki,İranın Qafandakı Baş konsulu Mürtəza Abidin Varamin erməni mediasına açıqlamasında bundan "şad olduqlarını" ifadə edib.

Onun sözlərinə görə, bu, Zəngəzur bölgəsində sabitlik və təhlükəsizliyə töhfə verəcək:

"Şadam ki, burada əməkdaşlıq edə biləcəyimiz başqa diplomatlar da olacaq. İran ölkələr arasında əlaqələrin inkişafına yönəlmiş istənilən addımı alqışlayır. Ümid edirik ki, Ermənistanın Zəngəzur bölgəsində başqa ölkənin diplomatik nümayəndəliyinin və ya siyasi nümayəndəliyinin açılması sabitlik və təhlükəsizliyə töhfə verəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.