İran

İranda SEPAH üzvü öldürüldü

13 İyun 2023 23:19
Baxış: 1 137
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvü İran Kürdüstanında baş verən qarşıdurmada öldürülüb.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə Amerikanın Səsi radiosunun fars xidməti məlumat yayıb.

Məlumata görə, Kürdistanda SEPAH-la "PJAK" arasında toqquşma zamanı bir SEPAH üzvü öldürülüb.

Bildirilib ki, toqquşma İran İslam İnqilabı Keşikçiləri Korpusunun artilleriya və pilotsuz təyyarələrinin Sərvabad şəhəri yaxınlığındakı Kusalan dağına hücumlarından sonra baş verib.

Rəsmi Tehran məsələyə münasibət bildirməyib.

Bundan əvvəl bəzi xəbər mənbələri İranın Kürdüstan vilayətinin sərhəd bölgələrinə qoşun və ağır hərbi silahların yerləşdirilməsi barədə məlumat vermişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.