İran

İranda ayətullah qətlə yetirildi

26 Aprel 2023 14:59
Baxış: 1 733
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran Dini Ekspertlər Şurasının üzvü ayətullah Abbas Əli Süleymani Babolsar şəhərində silahlı hücum zamanı öldürülüb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Mazandaran əyaləti siyasi təhlükəsizlik üzrə idarə rəisinin müavini Ruhulla Selaqi məlumat verib.

Onun sözlərinə görə, aprelin 26-da səhər saatlarında ayətullah Süleymaniyə silahlı hücum olub. O, Sistan-Bəlucistan əyalətini Dini Ekspertlər Şurasında təmsil edirdi. Abbas Əli Süleymani əvvəllər İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin Sistan-Bəlucistan üzrə nümayəndəsi olub.

Məlumata görə, hadisə Mazandaran əyalətinin Babolsar şəhərinin Şəhrəbanu meydanı ərazisində baş verib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.