İran

İranlı qadın idmançı Almaniyadan sığınacaq istədi

29 Yanvar 2023 15:00
Baxış: 873
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranlı qadın xizəkçi Atifə Əhmədi Almaniyadan sığınacaq istəyib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Əhmədi özü yanvarın 28-də verdiyi açıqlamasında deyib.

22 yaşlı idmançı bir neçə gün əvvəl Fransada keçiriləcək dünya çempionatına hazırlaşmaq məqsədi ilə bu ölkəyə səfər etmişdi.

O, mühacirət səbəbinin İranda qadınlara qarşı təzyiqlər, ayrı-seçkilik və məcburi hicab qaydaları ilə əlaqəli olduğunu deyib.

Qeyd edək ki, Atifə Əhmədi 2022-ci il Pekin Qış Olimpiya Oyunlarında iştirak edən yeganə iranlı qadın idmançı olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.