İran

İran polisindən səfirliyimizə hücumla bağlı ilk açıqlama - VİDEO

27 Yanvar 2023 11:30
Baxış: 4 594
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tehranın polis rəisi Azərbaycan səfirliyinə silahlı hücum barədə açıqlama verib.

Milli.Az APA-ya istinadən bildirir ki, Tehranın polis rəisi Sərdar Hüseyn Rəhimi Azərbaycan səfirliyinə silahlı hücum edən şəxsin həbs olunduğunu deyib.

"Bu gün səhər saatlarında Azərbaycan səfirliyinə daxil olan şəxs odlu silahdan atəş açıb, nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb.

Polisin çevik hərəkəti ilə hücum edən şəxs dərhal həbs edilib və istintaq davam edir.

Hücum edən şəxs səfirliyə iki azyaşlı övladı ilə gedib. Təcavüzkar ilkin istintaqda motivin şəxsi və ailə problemləri olduğunu bildirib", - deyə polis rəisi vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.