İranın Tehran şəhərində yaşayan qadın fəal Fərnaz Hüseynzadə dörd il səkkiz ay həbs cəzası və 74 şallaq zərbəsinə məhkum edilib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.
Yanvarın 17-də Tehran İnqilab Məhkəməsi geyim dizayneri olan 30 yaşlı xanımı etiraz aksiyasına qoşulduğu üçün cəzalandırıb.
Fərnaz Hüseynzadə ötən il oktyabrın 26-da Tehranın Səttarxan meydanında təhlükəsizlik qüvvələri tərəfindən tutularaq Evin zindanına köçürülüb.
Milli.Az