Heydər Camalın İran haqda möhtəşəm çıxışı - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiyanın tanınmış siyasi eksperti Maksim Şevçenko İran-Azərbaycan münasibətləri ilə bağlı çıxışında "ustadım və müəllimim" deyə xatırladığı Heydər Camalın fikirlərinə istinad edib. O bildirib ki, hələ 2015-ci ildə Heydər Camal İranın bölgə siyasətini incəliyinə qədər ifadə etmişdi.
Bəs, Maksim Şevçenkonun istinad etdiyi çıxışda Rusiyada olduqca məşhur və nüfuzlu sima olmuş mərhum filosof və ictimai xadim Heydər Camal nələri demişdi?
Milli.Az axar.az-a istinadən sözügedən çıxışın bəzi parçalarını təqdim edir:
"İranın yaxın qonşuları üçün ən böyük haqsız addımı onun Azərbaycana qarşı davranışı və Ermənistana olan münasibətidir. İranda yaşayan 30 milyon azərbaycanlı üçün Tehranın daimi olaraq İrəvanı dəstəkləməsi ağrılı və təhqiredicidir. İran ermənilərin islama zidd addımlarına rəğmən onu dəstəkləyir və bununla da müsəlman dünyasına böyük xəyanət edir. Ermənistan nəinki islama zidd addımlar atır, hətta təcavüzkar ölkə kimi Azərbaycanın 20% ərazisini işğal altında saxlayır.
Azərbaycanlılarda sual yaranır ki, niyə tarixi bağı yaxın olan, uzun illər Azərbaycan tərəfindən idarə olunan - Qacarlar və Səfəviləri xatırlamaq kifayətdir - İran fars-türk qardaşlığına xəyanət edərək, Ermənistanın tərəfində durur - o ölkəni ki, heç bu ərazilərdə tarixi də yoxdur. Onlar Azərbaycan-Türkiyə sərhədlərindən çox uzaqda olublar. Ermənilərin İrəvanda məskunlaşması Müsavat Partiyasının səhvinin nəticəsidir. Müsavat İrəvanı ermənilərə güzəştə getdi (1918-ci il 29 may parlament qərarı nəzərdə tutulur - red.).
Necə ola bilər ki, Tehran müsəlman və türklərin düşməni olan ermənilərə dəstək verir? O ermənilərə ki, monqolların yürüşü zaman müsəlmanlara xəyanət ediblər. Məscidlərin dağıdılmasında, müsəlmanların öldürülməsində vasitəçi olublar. Hələ mən Osmanlı dövlətinin tərkibində olub mütəmadi Qərbin və Rusiyanın xeyrinə türklərə xəyanətlərini demirəm. Uzun illərdir ki, ermənilər islama qarşı fəaliyyətdə olan beşinci kolondur. İrəvana gələn İran rəsmiləri bildirirlər ki, farslar və ermənilər arasında qardaşlıq bağı var, onlar eyni millətdir. İrəvanda Azərbaycana məxsus məscidi fars məscidi adlandırır və ona yaxşı baxıldığına görə ermənilərə təşəkkür edirlər. Siyasi göstəriş üçün Ermənistanda silsilə tədbirlər keçirilir. Eyni zamanda, Suriyada vətəndaş müharibəsi fonunda sünnülərə qarşı, türkmanlara qarşı dəstək verir. Suriyadakı antitürk isteriyası bir daha göstərir ki, İran göstərir ki, türklərə nifrət edir. İran Firdovsi tərəfindən İranın milli ideologiyası kimi həyata keçirilən dixotemiyaya - İran və Turan bölünməsinə sadiqdir. Onların fikrincə, İran işıq, Turan isə qaranlıq çarlığıdır. İran özünü həmişəlik Turanın düşməni elan edib.
Təsəvvür edirsiniz, ermənilər isə belə çıxır ki, işıq çarlığının müttəfiqidirlər. Azərbaycanlılar üçün isə bu, başadüşülən deyil. Azərbaycanlılar sadəcə belə xəyanətdən, satqınlıqdan şoka düşdülər. Əslində isə İranın bu xəyanətinin, mövqeyinin mexanizmləri çox sadədir. Çünki İranın nöqteyi-nəzərindən bütün Şimali Azərbaycan, Naxçıvan, Qarabağ, Şəki, Quba və İrəvan xanlıqları ona aiddir. Bunu bir saniyə belə olsun unutmurlar. Türkmənçay müqaviləsilə qoparılmış ərazilərin gec-tez İranın imperial qüdrəti çərçivəsinə qayıdacağını düşünürlər.
Tehran mütəmadi olaraq təbliğat aparır ki, guya Şimali Azərbaycan İranda yaşayan cənublu soydaşlarını separatçılığa yönləndirir və onların Azərbaycana birləşməsinə çalışır. Bu təbliğat İranın real addımlarını ört-basdır etmək, Şimali Azərbaycanı özünə birləşdirmək üçündür. İran imperalizminin siyasətidir. Bax, buna görə də Ermənistanı Azərbaycana qarşı dəstəkləyirlər".
O qeyd edib ki, 1979-cu ildə İranda islam inqilabı yox, konservativ inqlab olub:
"Bu, sadəcə din xadimləri tərəfindən həyata keçirilən mühafizəkar inqilab idi. Bu, əsl islamın maraqlarına xidmət edən yox, müxtəlif maskalar altında fəaliyyət göstərən dini kastanın maraqlarına xidmət edən inqilab idi. Onlar Səfəvilərdən əvvəl sufi, sonra isə şiə olan panteist kastalar idi. Onların doktrinası irfan idi. İrfanın da əsası əməvi sufi alimi Mühyiddin ibn əl Ərəbidir. Bunun da şiəliyə heç bir aidiyyəti yoxdur. Bu adam "Vəhdəti-vücud" doktrinasını yaradıb ki, onun da Ali Yaradan haqqında Quran doktrinası ilə əlaqəsi yoxdur. Onun kökləri yunanlara, Platon fəlsəfəsinə gedib çıxır və bu fəlsəfə sufilər vasitəsilə islam dünyasının ürəyinə girərək onu Qumdan yayılan bu ruhani metafizika ilə hələ də zəhərləyir. Qumda, Tehranda yunan qnozisinin üzərində oturanlar özlərini islam alimi, müctəhid elan edirlər. Əslində isə onların dünyagörüşü islam doktrinası, şiə məzhəbinin fundamenti hesab etdikləri Həzrəti Əlinin müraciətləri, çıxışları, məktublarından ibarət "Nəchül Bəlağə" ilə uyğun gəlmir. Bu, təmiz panteizmdir.
İranın məqsədi Şimali Azərbaycandır. Bu, İran imperializmi üçün başlıca məqsəddir. Necə ki, Krım Rusiya, Tayvan Çin üçün əsas hədəfdir. İran bu siyasətində hiyləgərlik edir, "müdrik" görünür. Onlar həmçinin bu hədəfə çatmaq üçün Rusiya ilə də əlaqələrini yaxşı tuturlar".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"
-
Əraqçi: Hörmüz boğazının açılması bu şərtlərin yerinə yetirilməsindən asılıdır
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
-
ABŞ-dən qayıdan Pezeşkiandan ilk açıqlama
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
XƏBƏR LENTİ
-
İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş
-
Gələcəyin dili: Dünyanın ən varlı insanları niyə uşaqlarına Çin dili öyrədirlər?
-
Çəngəl-bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)
-
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
-
Suraxanıda su olmayacaq





