İran

İranın gülünc “qırmızı xətti” - zülmkar sasani babalarına oxşayan Tehran - ŞƏRH

25 Noyabr 2022 13:17
Baxış: 1 079
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İrandakı hakimiyyət iddia edildiyi, təqdim olunduğu qədər müdrik, uzaqgörən deyilmiş.

Bəzilər onu dünya ictimaiyyətinə 2 500 illik dövlətçilik ənənəsi olan sasanilərin davamçısı kimi sırımağa çalışsa da, hadisələr sübut edir ki, bu, təhrifdir. Reallıqla heç bir əlaqəsi yoxdur. Bu, Rüstəm Zalın yenilməz bahadır kimi təqdimatına oxşayır.

Heç sasanilərin rəhbərləri, hətta illər uzunu ədalət rəmzi kimi təqdim olunan Ənuşirəvan da ədalətli və müdrik olmayıb. Bu imperiya müdrik və uzaqgörən olmadığına, zülmkarlığına görə Ömər ibn Xəttabın ordusuna məğlub olub.

İndi islam dini və şiəlik pərdəsi altında gizlənən Tehran hakimiyyəti də öz babalarının davamçısıdır. İran mərkəzli fars düşüncə sisteminin, türkdən düşmən obrazı yaradan "Şahnamə"nin müəllifi Əbülqasim Firdövsinin davamçısı olan bu rejim sasaninin zülmkar hökmdarlarından yaxşılığa doğru bir addım da olsun irəliləməyib...

Milli.Az report-a istinadən xəbər verir ki, Azərbaycan torpaqları işğal altında olduğu 30 il ərzində Tehran hakimiyyəti babalarından qalan, Firdövsi ruhunda tərbiyənin bütün özəlliklərini göstərib. Azərbaycan torpaqlarını Ermənistan və havadarlarını işğalından təmizləyəndən sonra onların regiona yönəlik siyasətinin dəyişəcəyi, daha çox əməkdaşlıq edəcəkləri, Cənubi Qafqazda sülhün və əməkdaşlığın yaranmasında maraqlı olacaqları gözlənilirdi. Ancaq heç nə dəyişmədi. 2 500 illik kin, hikkə, türk düşmənliyi bu gündə davam edir.

Bu rejim Azərbaycan torpaqları işğal altında olanda Ermənistana yardımlar etməklə yanaşı, onun silahlanmasında fəallıq göstərib. Habelə işğal edilmiş ərazilərdəki azərbaycanlıların yaşayış evlərinin, sosial binaların, o cümlədən məktəb, xəstəxana, tarixi-mədəni abidlərin, məscidlərin dağıdılmasında, talanında ermənilərlə əlbir olub.

Torpaqların azad edilməsindən ötən iki il ərzində də rəsmi Tehran Azərbaycana qarşı qərəzli, riyakar mövqeyini dəyişməyib.

Ötən gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian "Biz Azərbaycan və Ermənistanı İran İslam Respublikasının iki qonşusu hesab edirik. Biz heç vaxt bir tərəflə münasibətlərimizi digər tərəfin hesabına tənzimləmirik" kimi açıqlaması ilə Tehran hakimiyyətinin içüzünü bir daha göstərib.

Heç kimə sirr deyil ki, İran Ermənistanla Azərbaycan arasında həmişə fərq qoyub. Əks halda 44 günlük müharibə dövründə işğalçının silah və hərbi texnika ilə təmin edilməsində aparıcı rollardan birini oynamazdı.

Otuz il müsəlman torpaqlarının işğalına göz yuman İrandakı teokratik hakimiyyət Vətən müharibəsində Azərbaycanın qələbəsindən sonra Ermənistanın suverenliyinin, ərazi bütövlüyünün qorunmasının vacibliyindən danışır, sərhədlərin dəyişdirilməsinin onun üçün "qırmızı xətt" olduğunu qabardır, Zəngəzur dəhlizi məsələsində Azərbaycanı hədələyir.

O zaman sual olunur: İran hakimiyyəti o "qırmızı xətti" niyə iki ildir elan edir? Suverenlik və ərazi bütövlüyü İran üçün həqiqətən də qırmızı xətdirsə, onda İran nə üçün illərdir Suriyada, İraqda, Livanda, Yəməndə hibrid müharibə ("prroxy war") aparıb, həmin ölkələrin suverenliyini təhdid edir? Nədən kiçik Bəhreyni çalxalayır? Niyə Birləşmiş Ərəb Əmirliklərinin üç adasını işğal altında saxlayır?

Axı 1971-ci ildən Birləşmiş Ərəb Əmirliyinin Böyük Tomb, Kiçik Tomb və Əbu Musa adaları İran tərəfindən işğl edilib. Adaların qaytarılması ilə bağlı BƏƏ-nin tələblərini Tehran hakimiyyəti qulaqardına vurur. Əmirliyin beynəlxalq əməkdaşlıq üzrə naziri Rim əl-Haşimi BMT Baş Assambleyasının 77-ci sessiyasında bildirib ki, İran 3 adanı işğal edərək ölkəsinin suvrenliyini pozub: "Biz İrandan BƏƏ-yə məxsus 3 adanın işğalına son verməsini tələb edirik".

Qeyd edək ki, bu adalar Hörmüz boğazında Ərəb və Oman körfəzləri arasında yerləşir.

İran hakimiyyətini əsas dayağı sayılan İnqilab Keşikçiləri Qvardiyasının "Qüds" qoşunlarının Suriya, İraq, Yəmən və başqa bölgələrdə fəaliyyəti ölkələrin suveren hüquqlarının pozulması, yaxud işğalçılıq deyilmi? Bu halda İran hakimiyyətinin "qırmızı xətti" hara qeyb olur? Xomeyninin "İslam inqilabı doktrinasının transformasiyası" başqa dövlətlərin daxili işin müdaxilədir. Tehran hakimiyyəti belə məsələlərdə də isə öz "qırmızı xəttini" gizlədir.

Rusiya Ukrayna ərazilərini ilhaq edəndə, bu ölkədə müharibə aparanda İranın "qırmız xətti" görünmədi. İranın ali rəhbəri Xamenei apardığı müharibəyə görə Rusiyaya haqq qazandırır. "The Guardian" hələ oktyabrda Rusiyanın ilhaq etdiyi Krım adasında ən azı İranın 10 hərbçisinin öldüyü barədə məlumat yayıb. İsrailin "Intelli Times" adlı tviter səhifəsi qeyd edib ki, qvardiyanın hücumyönlü pilotsuz uçuş aparatları üzrə 50-yə yaxın təlimatçısı Rusiyanın Cankoydakı bazasında yerləşdirilib.

Ukraynadakı müharibədə işğalı dəstəkləyərək Rusiyanın hərbi texnika ilə təmin edəndə də "qırmızı xətt" görünmədi.

Belə qənaətə gəlmək olar ki, bu "xətt" İran hakimiyyətinin saxtakarlıq və spekuliasiya etməsi üçün alətdir. Çünki Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyənləşmədən, tərəflər arasında münasibtətlər normallaşmadan Tehran rejimi hansı prinsiplə "xətt" çəkir? Bu da İran rejiminin zalım və ədalətsiz sasani babalarını xatırladan siyasətinin "təntənəsidir". Belə deyiblər: "Meyvə ağacın dibindən uzağa düşməz". Odur ki, İrandakı hakimiyyət 2500 illik dağıdıcılığı, kin-küdurəti, nifrəti, qərəzi, pisliyi davam etdirir...

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.