İran

Təbrizdə gənc tələbə qız güllələnərək öldürüldü - FOTO

18 Noyabr 2022 11:34
Baxış: 3 050
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Noyabrın 16-sı axşam saatlarında Təbrizdə baş tutan etirazlar zamanı Tibb Elmləri Universitetinin tələbəsi Aylar Həqqi öldürülüb.

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, o, hökumət qüvvələrinin nümayişçilərə qarşı zorakılığı və güc tətbiq etməsindən sonra binalardan birinə sığınıb. 

Etirazçıları təqib edən bir neçə xüsusi təyinatlı onun ardınca binaya girib və Aylar Həqqini oradan aşağı atıblar. Ağır bədən xəsarətləri alan gənc qız hadisə yerindəcə həyatını itirib. 

Əslən Şərqi Azərbaycan əyalətinin Məlik Kəndi (Məlikan) kəndindən olan tələbənin dəfn edilmək üçün doğma şəhərinə aparılmasına icazə verilməyib. Aylar Həqqinin ailəsi və rabitə idarəsində çalışan atasına dəfn mərasiminin səssiz keçirilməsi və ictimailəşdirilməməsi üçün basqı edilib. Buna rəğmən, xəbər ictimailəşib və yayılan bildirişlərə görə, bu gün saat 09-da Təbrizin Vadi Rəhmət qəbristanlığına dəfn mərasimi keçiriləcək. 

Qeyd edək ki, noyabrın 16-dək İranda etirazlar başlayandan bəri öldürülənlərin sayı 362 nəfərə çatıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.