İran

Məhsa Əmininin ölümü barədə ilk dəfə yazan 2 jurnalist qız həbs olunub

30 Oktyabr 2022 18:36
Baxış: 1 049
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran hakimiyyəti 22 yaşlı Məhsa Əmininin ölümü barədə ilk dəfə yazan iki jurnalisti vətənə xəyanətdə və ABŞ kəşfiyyat xidmətlərində işləməkdə ittiham edib. İran qanunlarına görə, onları ölüm cəzası gözləyə bilər.

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, bu barədə informasiya "Azadlıq" radiosunda yer alıb.

Mənbə yazır ki, jurnalistlər Nilufər Həmidi və Elae Məhəmmədi Əminin ölümündən və kütləvi etirazlar başlayandan az sonra həbs edilib.

Ehtimallara görə, onlar Evin həbsxanasında saxlanılır.

İranın xüsusi xidmət orqanları birgə bəyanat yayaraq jurnalistləri Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) agentləri adlandırıblar. Bəyanatda o da bildirilir ki, ölkədə bir aydan artıqdır davam edən etiraz aksiyaları MKİ, Mossad və digər Qərb kəşfiyyat orqanları tərəfindən təşkil edilir.

İranda etirazlar başlayandan bəri ümumilikdə 40-dan çox jurnalist həbs edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.