İran

Ərdəbildə polislər etirazçıların qarşısından belə qaçdı - Anbaan VİDEO

1 Oktyabr 2022 13:28
Baxış: 1 082
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ərdəbildə etirazçılar polis qüvvələrini qaçmağa məcbur ediblər.

Milli.Az bizim.media-ya kanalına istinadən xəbər verir ki, Sentyabrın 30-u axşam saatlarında Ərdəbil şəhərində başlayan dinc etiraz aksiyasına hökumət qüvvələrinin sərt müdaxiləsi müqavimətlə qarşılaşıb.

Aksiyada öncə "Azadlıq, ədalət, milli hökumət" şüarları səsləndirilib. Hökumət qüvvələrinin amansız müdaxiləsindən qəzəblənən kütlə bu dəfə "Ölüm olsun Xameneyiyə", "Ölüm olsun diktatora" şüarları səsləndirib.

Repressiv qüvvələrin rezin dəyənəklə qadın etirazçıları döyməsi isə etirazçıların hiddətinə səbəb olub.

Onların müqaviməti polis qüvvələrinin qaçması ilə nəticələnib. Gecə saatlarında da aksiyalar davam edib. Bir neçə yüz nəfərlik qruplar halında müxtəlif bölgələrdə keçirilən aksiyalar hökumət qüvvələrini geri çəkilməyə məcbur edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.