İran

İrana xəbərdarlıq etdik ki, tez olsun - Dönməz

25 Yanvar 2022 09:12
0 Şərh     Baxış: 1 284
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin İrana təbii qazın alışı ilə bağlı borcu yoxdur, qaz nəqli də bu səbəbdən dayandırılmayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fateh Dönməz danışıb.

Nazir qeyd edib ki, qazın nəqlinin dayandırılması İranın daxili tələbatının artmasından dolayı ola bilər:

"Qarşı tərəfdən belə bir açıqlama (Türkiyənin İrana borcu iddiası - red.) verilməyib. Eşitmişik ki, daxili tələbat artıb və İranda belə bir durum var, amma bunu rəsmi şəkildə təsdiqləmək iqtidarında deyilik. Onlar daxili istehlaklarını planlaşdırmalıdırlar. Fors-major hal olmadıqda, alıcının müqavilədən irəli gələn bəzi sanksiya hüququ vardır. Qarşı tərəf razı olmadıqda məsələ beynəlxalq arbitraja çıxarılır. İnşallah, o vəziyyətə çatana qədər həll olunacaq. Müqavilədə hər iki tərəfin öhdəlikləri var. Bunlara əməl edilmədiyi təqdirdə hansı sanksiyaların tətbiq ediləcəyi aydındır. Həm yazışmalarda, həm də danışıqlarda İran tərəfi bu məsələnin 10 gün ərzində həll olunacağını bəyan edib. Biz xəbərdarlıq etdik ki, bunu daha tez etmək lazımdır".

Qeyd edək ki, İran Milli Qaz Şirkəti texniki nasazlıqlara görə Türkiyəyə qaz idxalını 10 gün müddətinə dayandırdığını açıqlamışdı. Daha sonra şirkət qaz nəqlinin bərpa edildiyini bildirsə də, Türkiyə qaz almadığını elan etdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.