Maraqlı

“Google” şirkətinin yüzlərlə əməkdaşı koronavirus vaksininə qarşı çıxdı

19 Dekabr 2021 20:20
0 Şərh     Baxış: 698
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Google" şirkətinin yüzlərlə əməkdaşı şirkətin işçilərini koronavirusa qarşı peyvənd etmək qərarına qarşı çıxıb.

Daha əvvəl Ağ Evdən bildirilmişdi ki, ABŞ Əmək Departamentinin bir hissəsi OSHA ölkədə yerləşən və 100 nəfərdən çox işçi heyəti olan bütün şirkətlərə 4 yanvar 2022-ci ildən gec olmayaraq işçilərini COVID-19-a qarşı peyvənd etməyi əmr edib. ABŞ-ın Beşinci Dairə Apellyasiya Məhkəməsi bu qaydanın dayandırılmasına qərar verib.

Şirkətin azı 600 işçisi kollektiv məktubda şirkət rəhbərliyindən peyvənd olunmaq tələbini ləğv etməyi və başqa, daha "inklüziv" təklif irəli sürməyi xahiş ediblər. Məktubda həmçinin "Google" işçiləri "tələbə qarşı çıxmağa" və COVID-19-a qarşı peyvənd olunmamaq qərarından əl çəkməməyə çağırılır.

"Google" dekabrın 3-dək 150 mindən çox işçidən peyvənd olunub-olunmaması barədə məlumat verməyi tələb edib.

Şirkət rəhbərliyindən bildirilib ki, işçilər dini inanclara və ya tibbi səbəblərə görə peyvənddən imtina edə bilərlər, peyvənd olunmamağa icazə işçilərə fərdi qaydada veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.