Maraqlı

Moskva metropolitenində “Kalmar oyunu”

18 Noyabr 2021 19:36
0 Şərh     Baxış: 1 037
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya paytaxtında "Şosse  Entuziastov" metro stansiyasını daşqına məruz qalıb. Su basqınına qəfil yaxalanan sərnişinlər isə stansiyadan çıxmaq üçün "Kalmar oyunu" oynamaq məcburiyyətində qalıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə kadrlar paylaşılıb. Videodan görünür ki, daşqına məruz qalan stansiyada sərnişinlərin keçə bilməsi üçün yerə əl altında olan əşyalar - lövhələr, köhnə oturacaqlar və başqa əşyalar döşənib. İnsanların onun üzərində hərəkəti isə Koreya istehsalı olan məşhur serialın səhnələrini xatırladıb.

""Rusiyanın "Kalmar oyunu"", "Bu serialda oyunçuların şüşə lövhələri keçməli olduğu səhnədir. Burda da lövhələri tapdalamaq və yıxılıb-yıxılmayacağını təxmin etmək lazımdır", - deyə istifadəçilər paylaşılan görüntüyə münasibət bildiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.