Maraqlı

Bəyin adı Engels, "sağ diş" Marks, "sol diş" isə Lenin və Xo Şi Min - Hər kəsin marağına səbəb olan TOY

17 Noyabr 2021 12:10
1 Şərh     Baxış: 3 948
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Həftəsonu Hindistanın cənubundakı Kerala əyalətində yaşanan toy qeyri-adiliyi ilə seçilib. Engels adlı bəyin toy mərasimini izləmək üçün qonaq qismində Marks, Lenin və Xo Şi Min də qatılıb.

Milli.Az xəbər verir ki, bu barədə "The Guardian" yerli KİV-ə istinadən yazıb. Bəy və qonaqlar hamısı yerli Kommunist Partiyasının üzvləridir. Engels və Lenin qardaşdır, Marks və Min isə yerli partiya fəalının oğullarıdır. Gəlinin adı isə açıqlanmayıb. Kommunist Partiyasının son altı onillikdə hökm sürdüyü Keralada Stalin və Trotski kimi inqilabçı adlar hələ də məşhurdur. Həmçinin ştatda Pravda adını daşıyanlara da rast gəlmək olar.

Maraqlıdır ki, 2017-ci ildə İraqın edam edilmiş prezidentinin adaşı olan hindistanlı dəniz mühəndisi Səddam Hüseyn 40 dəfə iş bürosuna müraciət etsə də, onu işlə təmin etməmişdilər. Sonda adını dəyişdikdən sonra arzusuna çatıb.

Anar Əli
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.