Maraqlı

Yatmaq üçün ən təhlükəli poza hansıdır? - FOTO

17 Noyabr 2021 12:52
0 Şərh     Baxış: 1 623
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Qarnı üstə yatmaq onurğa üçün ən zərərli pozalardan biridir.

Bu barədə Rusiyada ixtisaslı nevroloq və manual terapevt, ali dərəcəli həkim, həmçinin "Jit zdorovo!" ("Yaşamaq gözəldir!") verilişinin aparıcısı Dmitriy Şubin xəbərdarlıq edib.

"Tövsiyə etməyəcəyim poza - qarnı üstə yatmaqdır. İstənilən mütəxəssis bu məsələdə mənimlə razılaşar", - deyə o bildirib.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, Şubinin sözlərinə görə, ya kürəyi üstə, ya da böyrü üstə yatmaq məsləhətdir.

"Böyrü üstə yatarkən yastığın biri qulağın altında, digəri isə dizlərin arasında sıxışdırılmalıdır. Kürəyi üstə yatırsa, o zaman yastıqda çiyin deyil, baş və boynun olması çox vacibdir. Bu zaman ikinci yastıq belin altında olmalıdır", - deyə o əlavə edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.