Maraqlı

Selfidən səbəbindən ölümlərin ən çox baş verdiyi ölkələr

29 Oktyabr 2021 10:16
0 Şərh     Baxış: 489
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sakinləri selfi çəkdirmək istəyərkən ən çox ölən və ya ağır yaralanan ölkələrin siyahısı açıqlanıb.

"Journal of Travel Medicine and Global Health" elmi portalının təqdim etdiyi siyahıda ABŞ birinci yerdədir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ikinci və üçüncü yerləri ardıcıl olaraq Hindistan və Rusiya paylaşır.

Mütəxəssislər məlumatları 2008-ci ildən, ön kameralı smartfonların aktiv buraxılışı başlayandan təhlil ediblər.

Selfilər nəticəsində 433 nəfər xəsarət alıb, onlardan 379-u ölüb. Ən çox səyahət edənlər həlak olub.

Nəşr qeyd edir ki, hər il daha çox insan selfilərə görə həyatını itirir. 2008-ci ildə bir, 2013-cü ildə üç, 2019-cu ildə 68 ölüm hadisəsi baş verib. Lakin pandemiya kədərli statistikanı bir qədər azaldıb, 2020-ci ildə 37 nəfər selfi çəkdirmək istəyərkən ölüb. Qurbanların orta yaşı 24-25-dir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.