Üç min il əvvəl insan beyni niyə kiçildi? - ARAŞDIRMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aparılan yeni araşdırmada son buz dövründən bəri insan beyninin kiçilməsinin səbəbinə dair maraqlı iddialar yer alıb.
Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, "Frontiers in Ecology and Evolution" jurnalında araşdırması dərc olunan tədqiqat qrupu qarışqaların incələnməsinin beynin niyə həm böyüdüyünü, həm də kiçildiyini öyrənməyə etməyə kömək edə biləcəyini bildirib.
Komanda araşdırmaq üçün qarışqaları seçib. Bunun səbəbi isə həşarat növləri arasında beyin ölçüsünün böyüməsi və ya kiçilməsi ilə bağlı fərziyyələri sınamaqdır.
Boston Universitetinin tədqiqatçısı Ceyms Traniello bildirib ki, insan və qarışqa populyasiyası çox fərqlidir və sosial təkamüldə fərqli yollar keçiblər: "Bununla belə, qarışqalar öz qidalarını istehsal etməklə yanaşı, kollektiv qərarları və iş bölgüsü kimi sosial həyatın mühüm aspektləri baxımdan insanlara yaxındırlar. Bu oxşarlıqlar bizə insan beyninin ölçüsündə dəyişikliklərə təsir edə biləcək amillər haqda geniş məlumat verə bilər".
Elm adamları təxminən 2.5 milyon il əvvəl sosial qruplar artdıqca, pəhriz və qidalanma yaxşılaşdıqca və erkən təkamül vaxtı insanların əcdadlarının beyinlərinin niyə böyüdüyünü bilirlər. Amma daha az dəqiq olan bu orqanın niyə kiçilməyə başladığıdır.
Araşdırmanın müəllifləri kəşf ediblər ki, beynin kiçilməsi 3000 il əvvəl pik həddinə çatmış ola bilər, bu da əvvəllər inanılandan çox yaxın zamandır.
Onlar həmçinin hesab edirlər ki, beyin ölçüsünün kiçilməsi kollektiv intellektin inkişafı və insan cəmiyyətlərində biliyə marağın azalması ilə əlaqələndirilə bilər.
Dartmut Kollecinin tədqiqatçısı Ceremi De Silvaya görə, müasir insanlarla bağlı təəccüblü fakt bundan ibarətdir ki, bizim beynimiz əcdadlarımızın beyinlərindən daha kiçikdir: "Beynimizin niyə kiçildiyi həmişə antropoloqlar üçün böyük sirr olub".
Bu sirri çözmək üçün müxtəlif elmi sahələrdən olan tədqiqatçılar 985 qalıq və müasir insan kəllələri vasitəsilə insan beyninin təkamülünə dair tarixi sübutları araşdırmaq üçün bir araya gəliblər. Elm adamları əldə etdikləri nəticələri qarışqa populyasiyasından toplanmış dəlillərlə müqayisə ediblər.
Tarniello bildirib ki, təbiətdə qarışqalar və insanlar üzərində nəyin mümkün olduğunu müəyyən etməyə kömək edə biləcək körpü yaradan tədqiqat aparılıb.
Tranielo deyib ki, bu tədqiqatda müxtəlif qarışqa növlərinin beyin ölçüləri araşdırılıb.
Bu araşdırma göstərib ki, bilginin paylaşıldığı qarışqa qrupları və ya yüksək səviyyədə ixtisaslaşmış bacarıqlara malik şəxslərdə beyin daha səmərəli olmaq üçün adaptasiya ola bilir. Bu, böyümədən daha çox kiçilmə ilə əlaqəli görünür. Bunun səbəbi beyin funksiyasının çox enerji tələb etməsi və kiçik beyinlərin daha az enerji sərf etməsidir.
Traniello belə nəticəyə gəlib: "Düşünürük ki, bu kiçilmə kollektiv zəkaya artan inamla bağlıdır, bu da çox vaxt "kütlənin müdrikliyi" adlandırılır. Bunun bir qrup insanın qrupdakı ən ağıllı insandan daha ağıllı olduğu fikri olan kollektiv zəkaya artan güvəndən qaynaqlandığını düşünürük".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Danla Bilic 8-ci dəfə əməliyyat olundu - (Foto)
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Afaq Bəşirqızının adını çəkib ağladı - (Video)
-
Türkiyəli bloqer Bakının təmizliyini belə yoxladı – (Video)
-
Demet Akalına konsertində əxlaqsızlıq - (Video)
XƏBƏR LENTİ
-
“Ayaqlarım mənim əvəzimə daha yaxşı danışır” - Mbappe
-
Afət Fərmanqızı bloqeri məhkəməyə verdi
-
Əşrəf Əşrəfliyə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Rafinya Messinin rekordunu qırdı
-
Şoyqu Paşinyanı tənqid etdi
-
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər
-
Amerikalı məşhur rəssam 88 yaşında vəfat etdi
-
15 yaşlı qapıçı “Kəpəz”in tarixinə düşdü
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Goranboyda 22 yaşlı oğlanın meyiti əkin sahəsində aşkarlandı
-
Danla Bilic 8-ci dəfə əməliyyat olundu - (Foto)
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Millimizin Tacikistanla oyununu o idarə edəcək
-
İsveçin Baş naziri istefa verdi
-
Afaq Bəşirqızının adını çəkib ağladı - (Video)
-
İsti hava Avropanı ərzaq böhranı ilə üz-üzə qoydu, qıtlıq yarandı
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
-
Azərbaycanda zəlzələ oldu





