Maraqlı

Apple qarışıq reallıq cihazının istehsalını təxirə salıb

24 Oktyabr 2021 21:25
0 Şərh     Baxış: 482
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son zamanlar Apple şirkətinin qarışıq reallıq (AR+VR) eynəyini satışa çıxardacağı barəsində çoxlu sayda məlumatlar ortaya çıxır. Lakin şirk'tin bu cür cihazı nə zaman satışa çıxardacağı barəsində dəqiq bir məlumat yoxdur. Məşhur analitik Ming-Chi Kuo-nun sözlərinə əsasən Apple qarışıq reallıq cihazının irimiqyaslı istehsalını 2022-ci ilin sonuna kimi təxirə salıb. Səbəb isə cihazın qəliz konstruksiyaya sahib olmasıdır. Analitikin sözlərinə əsasən Apple şirkətinin öz rəqiblərindəki buna bənzər məhsullarından fərqli olaraq öz qarışıq reallıq cihazının dizaynına və imkanlarına tələbləri yüksəkdir. Analitik qeyd edib ki, sözügedən məhsulun satışa çıxarılmasına yaxın Apple artıq cihazdan, tətbiqlərdən və xidmətdən ibarət sıx ekosistemin olmasını istəyir.

Bu səbəblə də qarışıq reallıq cihazının satışa çıxması ləngiyə bilər. Analitik bildirib ki, Apple şirkətinin qarışıq reallıq eynəyinin irimiqyaslı istehsalına 2022-ci ilin dördüncü rübündə start veriləcək. Lakin əvvəlki məlumatlarda analitik bildirirdi ki, istehsala 2022-ci ilin ikinci rübündə start veriləcək. Güman olunur ki, Apple öz qarışıq reallıq cihazını oyunlar üçün nəzərdə tutulmuş məhsul qismində təqdim etməyəcək. Bunun yerinə şirkət cihazı müxtəlif növ kateqoriyalara aid tətbiqlərlə çalışmaq imkanını verən məhsul kimi təqdim edəcək. Analitik onu da əlavə edib ki, digər istehsalçıların analoqlarından fərqli olaraq Apple şirkətinin qarışıq reallıq cihazı ən yaxşı sənaye dizaynına sahib olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.