Riza məqamı üstündür, yoxsa təslim məqamı?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Allah mömin kişilərə və möminə qadınlara (ev və ağaclarının) altından çaylar axan, əbədi qalacaqları cənnətlər vəd etmişdir. Həmçinin əbədi cənnətlərdə pak məskənlər! Allah tərəfindən olan razılıq (isə bütün nemətlərdən) böyükdür. Budur böyük uğur və qurtuluş!". ("Tövbə" 72).
Riza məqamı - əxlaqın ən üstün mərhələsidir. İmam Səccad (ə) onun haqqında belə buyurur: "Zahidliyin on dərəcəsi vardır. Onun ən üstün dərəcəsi - təvazökarlıq və təqvadır. Təvazökarlığın ən üstün dərəcəsi - yəqindir. Yəqinin ən üstün dərəcəsi - rizadır".
Zahidlik, təvazökarlıq, yəqin, riza bir sırada qərar tuturlar. Riza, təslimə nisbətdə yüksək mərhələdə qərar tutur. Təslim əslində bəla qarşısında səbir etməkdir. Ancaq riza bəlanı nemət bilməkdir.
Təslim əslində Allahın kəndirinə çəng vurmaqdır.
"Və kim yaxşı əməl sahibi olub özünü Allaha təslim edərsə, şübhəsiz, möhkəm bir dəstəkdən yapışmış olur. Bütün işlərin aqibəti Allaha tərəfdir. (İnsanın əməlləri mükafat və cəza baxımından Allahın dərgahına qayıdar)". ("Loğman" 22).
O kəs ki, özünü Allaha təslim edər - möhkəm kəndirdən yapışmış olar.
Hər bir şeyin aqibəti Allahdan asılıdır. Ancaq riza - bir növ ibadət hesab olunur. Təslim o zaman işə yarayır ki, insan riza məqamını əldə edə bilmir.
Həzrət Peyğəmbər (s) buyurur: "Allaha təqdir etdiyinə razı olmaqla ibadət et və əgər ona gücün çatmırsa, səbirdə, pis hesab etdiyin çoxlu xeyir gizlənmişdir".
Hər bir halda riza - ən üstün əxlaqi fəzilətdir. Bu, bəndənin Məbuda kamil söykənməsi, Ona təvəkkül etməsi və Onun tərəfindən çatan hər şeyi gözəl hesab etmək məqamıdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycanda sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Direktor sosial şəbəkədəki paylaşımlarına görə işdən çıxarılıb? - Rəsmi açıqlama
-
Ölkəmizdə Ebola riski varmı? - Rəsmi açıqlama
-
Tanınmış müğənni konsertini yarımçıq qoyub səhnəni tərk etdi
-
“Daçnik”də istirahət edənlərə vacib XƏBƏRDARLIQ
-
Bakıda taksi parkları satışa çıxarılır - Taksiyə maraq niyə azalıb?
-
Ayağı amputasiya edilən "Survivor" yarışmaçısının son halı - FOTO
-
1715-ci ilin Quarneri skripkası Elvin Hoca Qəniyevin sehrli əllərində – Bakıda möhtəşəm musiqi axşamı - VİDEO - FOTO
-
Bakıda 5001 qızıl gül kimə verilib? - VİDEO
-
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ
-
2026-cı il Dünya Kubokunda İLK DƏFƏ
-
"Arvadına söz keçirə bilməyən hansı kişilikdən DANIŞIR?"
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının təntənəli açılış konserti keçirilib - FOTO
-
Rusiya Ukraynada bu ərazini nəzarətə götürdü
-
Argentina yığmasında Messi ilə bağlı ŞOK
-
Rayonlara istirahətə getmək istəyənlər bu xəbəri mütləq OXUSUN - Qiymətlər...
-
Tacir Bakıdan KÖÇÜR: Ev verilib
-
KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər - FOTO
-
Azərbaycan və İran sərhədində generalların görüşü keçirildi - FOTO
-
Bu axşam Türkiyənin matçı VAR
-
Usta işlədiyi evə girib pul oğurladı
-
Azyaşlının həyatını belə xilas etdi - VİDEO
-
Xəbərdarlıq edildi: Güclü yağış, dolu və sel gəlir
-
Güclü maqnit qasırğası olacaq - Bu tarixdə...





