Riza məqamı üstündür, yoxsa təslim məqamı?

14 Oktyabr 2021 21:10

"Allah mömin kişilərə və möminə qadınlara (ev və ağaclarının) altından çaylar axan, əbədi qalacaqları cənnətlər vəd etmişdir. Həmçinin əbədi cənnətlərdə pak məskənlər! Allah tərəfindən olan razılıq (isə bütün nemətlərdən) böyükdür. Budur böyük uğur və qurtuluş!". ("Tövbə" 72).

Riza məqamı - əxlaqın ən üstün mərhələsidir. İmam Səccad (ə) onun haqqında belə buyurur: "Zahidliyin on dərəcəsi vardır. Onun ən üstün dərəcəsi - təvazökarlıq və təqvadır. Təvazökarlığın ən üstün dərəcəsi - yəqindir. Yəqinin ən üstün dərəcəsi - rizadır".

Zahidlik, təvazökarlıq, yəqin, riza bir sırada qərar tuturlar. Riza, təslimə nisbətdə yüksək mərhələdə qərar tutur. Təslim əslində bəla qarşısında səbir etməkdir. Ancaq riza bəlanı nemət bilməkdir.

Təslim əslində Allahın kəndirinə çəng vurmaqdır.

"Və kim yaxşı əməl sahibi olub özünü Allaha təslim edərsə, şübhəsiz, möhkəm bir dəstəkdən yapışmış olur. Bütün işlərin aqibəti Allaha tərəfdir. (İnsanın əməlləri mükafat və cəza baxımından Allahın dərgahına qayıdar)". ("Loğman" 22).

O kəs ki, özünü Allaha təslim edər - möhkəm kəndirdən yapışmış olar.

Hər bir şeyin aqibəti Allahdan asılıdır. Ancaq riza - bir növ ibadət hesab olunur. Təslim o zaman işə yarayır ki, insan riza məqamını əldə edə bilmir.

Həzrət Peyğəmbər (s) buyurur: "Allaha təqdir etdiyinə razı olmaqla ibadət et və əgər ona gücün çatmırsa, səbirdə, pis hesab etdiyin çoxlu xeyir gizlənmişdir".

Hər bir halda riza - ən üstün əxlaqi fəzilətdir. Bu, bəndənin Məbuda kamil söykənməsi, Ona təvəkkül etməsi və Onun tərəfindən çatan hər şeyi gözəl hesab etmək məqamıdır.

Milli.Az