Maraqlı

Təbii ağrıkəsici vasitələr

12 Oktyabr 2021 08:59
0 Şərh     Baxış: 1 322
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər bir insan həyatda ağrı ilə üzləşir - baş ağrısı, diş ağrısı, qarın ağrısı, oynaqlar və əzələlərdə ağrılar və s.

Ağrı hiss etdikdə insanların əksəriyyəti ağrısızlaşdıran həblərə müraciət edir. Lakin belə həblərin qəbulu (xüsusilə insan bunu tez-tez etdikdə) heç də ziyansız deyil. Ağrısızlaşdıran dərmanlar mədə-bağırsaq sisteminin selikli qişasını qıcıqlandırır, alışqanlıq yaradır, müxtəlif yanaşı təsirlər verir və s. Sübut olunub ki, uzun müddət ərzində istifadə olunan ağrısızlaşdıran preparatlar leykopeniya kimi ağır qan xəstəliyinin  inkişafına təkan verə bilər.

Ən çox "sevdiyimiz" ağrısızlaşdıran dərman "analqin" Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən istifadə üçün qəti surətdə tövsiyə edilmir. ABŞ və bir çox Avropa ölkələrində bu preparat artıq uzun illərdir ki istifadə olunmur.

Təbiət bizə çoxlu sayda təbii ağrısızlaşdıran vasitələri bəhş edib ki, bu vasitələrin istifadəsi həm lazım olan effekt verir, həm də ziyansızdır.

- Nanə. Bu bitki çox güclü spazmolitik təsirinə malikdir. Spazm nəticəsində yaranan baş ağrıları, qadınlarda menstruasiya qabağı və menstruasiya zamanı ağrılar, bağırsaq sancıları və s. ağrılar zamanı nanə dəmləməsi çox yaxşı ağrısızlaşdıran effekt verir. 1 xörək qaşığı quru nanə 1 stəkan qaynar suda dəmlənilir və gün ərzində kiçik qurtumlarla içilir.

- Mixək diş ağrısını azaldır. Bunun üçün diş oyuğunun içərisinə 1 dənə mixək qoymaq lazımdır.

- Sarımsaq da diş ağrısı zamanı yaxşı kömək edir. 1 tikə sarımsaq dişin üzərinə qoyun və bir qədər gözləyin, ağrı azalacaq. Bundan əlavə sarımsaq baş ağrısı zamanı da kömək edə bilər. Sarımsağı nazik kəsin, gicganlara qoyun və başınızı pambıq şərflə bağlayın.

- Zəncəfil, darçın, sarıkök güclü spazmolitik və ağrısızlaşdıran təsirinə malikdir. 1 stəkan suda 1/2 çay qaşığı zəncəfil tozu (və ya darçın, və ya sarıkök) dəmləyin və kiçik qurtumlarla için.

- Çay və qəhvə. Baş ağrısı zamanı istifadə olunan dərmanların bir hissəsinə "kofein" maddəsi daxildir. Bu maddə çayda və xüsusilə də qəhvədə var. 1 fıncan qəhvə və ya tünd çay baş ağrısının azalmasına kömək edə bilər.

- Albalı bağırsaq sancıları və menstrual ağrıları zamanı kömək edir.

- Süd xora xəstəliyi tutması zamanı tez və effektli şəkildə kömək edir. 1 stəkan ilıq süd için və az bir vaxt keçdikdən sonra ağrının azalmasını hiss edəcəksiniz.

- Çaytikanı yağı yanıqlar zamanı yaxşı kömək edir - ağrıları azaldır, yanıqların sağalmasını sürətləndirir.

- Evkalipt, kamfara, nanə yağları lümbaqo, nevralgiya, revmatizm ağrıları zamanı ağrısızlaşdıran təsir edir. Bu yağları ilə kompres etmək lazımdır.

- Xardal baş ağrıları zamanı çox yaxşı kömək edir. Bir tikə çörək götürün, ona nazik layla xardal çəkin və yeyin.

Xardal həmçinin əzələ ağrıları zamanı da yaxşı kömək edir. Xardalın bu xüsusiyyəti xardal kağızların istifadəsinin əsasında durur. Evdə xardal kağızları yoxdursa, pambıq parça götürün, üzərinə xardal çəkin və ağrıyan nahiyəyə qoyun.

- Çobanyastığı çox yaxşı ağrısızlaşdıran otdur. Bu otun dəmləməsi baş ağrıları, bağırsaq sancıları zamanı kömək edir. Babasil tutması zamanı çobanyastığı dəmləməsi ilə olan oturaq vannaları etmək olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.