Maraqlı

Hekayəsini heç kim bilmir: Arxeoloqların tapıntısı hər kəsdə maraq doğurdu - VİDEO - FOTO

8 Oktyabr 2021 13:30
0 Şərh     Baxış: 1 020
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Norveçdə Diqervarden dağında "Rayenheyen" Milli Parkında 1300 illik xizəklər tapılıb.

Xizəklərdən biri 2014-cü ildə aşkarlanmışdı. Onun digər tayı isə yeddi ildən sonra elə həmin ərazidə tapılıb. Bunlar indiyə qədər görünən ən qədim xizəklərdir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu yaxınlarda tapılan xizəyin uzunluğu 187 santimetr və eni isə 17 santimetrdir. 2014-cü ildə aşkarlanmış digər tay isə fərqli ölçülərə malikdir - 17 santimetr daha qısa və iki santimetr ensizdir. Elm adamlarının fikrincə bu fərqliliyə səbəb onların əldə hazırlanması olub.

Təqdiqatçılar xizəklərin hekayəsini başa düşməyin çətin olduğunu bildiriblər.

"1300 il əvvəl Diqervarden dağında baş verənləri anlamağa çalışmaq, bu anda spekulyasiyadan başqa bir şey deyil. Bir neçə mümkün ssenari var. Bir ovçu xizəkləri qoyub gedib? Bəlkə qəfil qar çovğunu onları qara basdırıb? Yaxud ovçu qayıtdıqda yolun tapılmasını asanlaşdırmaq üçün xizəkləri şaquli olaraq qarın üstünə qoyardı. Bəlkə də kiçik qar uçqunu baş verib", - deyə arxeoloqlar bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.