Yüksəklikdə ac qalmaq olar?! - Təyyarədə verilən qidalarla tanış olaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Təyyarə ilə səyahət edən ilk sərnişinlər XX əsrin ilk 20-ci ilinə qədər diskomfort, səs-küylü və qısa marşrutlar üzrə səyahət edirdilər. Aviadaşıyıclar qidalanmaya önəm vermirdilər. Digər tərəfdən qısa məsafəli uçuşlarda sərnişinlər hava limanlarında qidalanıb yola düşürdülər. Milli.Az aviatravel.az-a istinadən bildirir ki, 1919-cu ildə London-Paris uçuşu zamanı göyərtədə ilk dəfə sendviç və meyvələr təklif edildi. 1930-cu illərdə daha modern və səsdən hermetikləşdirmə edilmiş təyyarə ilə səyahət başladı və təyyarələrə mətbəx avadanlıqları əlavə edildi.
Artıq hava gəmisində yemək qızdırmaq və isti çay və kofe təklif etmək mümkün oldu. "Boeing 307 Stratoliner"-in göyərtəsində ilk dəfə olaraq sərnişinlərə qızardılmış toyuq və siqaret təklif edilməyə başlandı. Bu hadisə ilə göyərtə qidası getdikçə ixtisaslaşdı. Həmin sahə ilə məşğul olan şirkətlər hava limanları ərazisində bu işlə geniş məşğul olmağa başladılar və hətta fabrikdən fərqlənməyən texniki avadanlıqlarla mətbəxlərin böyütdülər. Rəqabət artdıqca yeniliklər də çoxaldı. Artıq aviadaşıyıcılar birinci sinif sərnişinləri üçün göyərtədə bahalı və nadir qida və içki təqdim etməyə başladılar.
Göyərtə qidası hazırlayan ketrinq şirkətləri nə qədər çox təyyarəyə xidmət göstərirsə bir o qədər çox gəlir əldə edirdi. Növbəti olaraq belə müəssislələr "Michelin" ulduzlu aşpazları öz mətbəxlərinə dəvət etdilər. Tanınmış aşpazların hazırladığı ekslklüziv yeməklər qat-qat baha qiymətə satıldığından əlavə gəlir mənbəyi yarandı.
Göyərtədə verilən qidaların sayı və çeşidləri artdıqca onu istehsal edən müəssisələrdə böyüyürdü. Lakin digər bir problem təyyarəyə yüklənən göyərtənin artıq çəki yığmasına və daha çox yanacaq sərf etməsinə gətirib çıxarırdı. İlk öncə aviadaşıyıcılar biletlərin qiymətlərin yemək seçimindən asılı olaraq dəyişməyə başladı. Lakin daha sonra verilən menyuda hər hansı qidada nəzərə çarpmayacaq dəyişiklər etdilər. Misal üçün "American Airlines" şirkəti birinci sinif yeməkdə hər qabda zeytunun bir dənəsin azaldaraq 40 min dollar qənaət edib. Çəkinin önəmi böyük olduğu üçün təyyarələrdə qidalar xüsusi plastik və aliminiyum konteynerlərdə təqdim edilir. Fərqlilik çox olsa da istər biznes sinif istərsə də ekonom sinifdə yemək padnosunda eyni olan duz və istiot paketi, nəm və quru salfet daxildir.
Eyni təyyarədə fərqli yemək zövqünə malik və hər təklif edilən standart qidanı yeməyən sərnişinlər olur. Buna görə də aviadaşıyıcıların sifarişi ilə ketrinqlər tərəfindən xüsusi qidalar hazırlanır. Bilet alarkən seçəcəyiniz xüsusi göyərtə qidalarının növlərinə görə onlara verilən beynəlxalq kodları ilə tanış ola bilərsiniz:
CHML: (Uşaq yeməyi): Xüsusi olaraq uşaqlar üçün nəzərdə tutulan menyu.
BBML:(körpə yeməyi): 2 yaşa qədər uşaqlar üçün bütün keyfiyyət standartlarına cavab verən tərəvəz və meyvə tərkibli xüsusi qida.
Vegetarianlar üçün: AVML: Asiya vegetarian qidası (Hind vegetarian qidası)
RVML: Vegetarian qidası (ətsiz naharlar, tərkibində süd məhsulları ola bilər)
VGML: Ciddi qərb vegetarian qidası
VLML: Tərkibində ət məhsulları, balıq və ya dəniz məhsulları olmayan qida. Qidanın tərkibində süd məhsulları və yumurta ola bilər)
NLML: Tərkibində süd məhsulları olamayan qida
VOML: Şərq vegetarian qidası
Pəhriz yeməkləri: DBML: Diabetik qida
GFML: Tərkibində qlüten olmayan qida
LFML: Tərkibində az miqdarda yağ olan qida
LSML: Tərkibində az miqdarda duz olan qida
LCML: Az kalorili qida
LPML: Tərkibində az miqdarda zülal olan qida
PRML: Tərkibinə az miqdarda purin olan qida
Etnik yemək HNML: Hind qidası KSML: Koşer qidası
MOML: Müsəlman qidası
ORML: Şərq qidası
VJML: Caynizm davamçıları üçün vegetarian qidası
Xüsusi tələbatlar SFML: Dəniz məhsullarından hazırlanmış qida
BLML: Həzm etmə və ya qidanın çeynənməsi ilə problemi olanlar üçün üyüdülmüş yumşaq qida
FPML: Təzə mövsümi meyvələrdən hazırlanmış qida
NFML: Tərkibində balıq və digər dəniz məhsulları olmayan qida
HFML: Tərkibində çox miqdarda sellüloz olan qida
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Aysun Moskvada "pul yağışı"na tutuldu – (Video)
-
Bilgəhdə 2 nəfərin öldüyü dəhşətli qəzanın görüntüləri yayıldı - (Video)
-
Dubay polisi küçələrə 920 at gücündə “canavar” çıxardı
-
"Biz hara gedirik?" - Yunus Oğuz - (Video)
-
Neslihan Atagül və Kadir Doğulunun Mayamidəki rəqsi gündəm oldu - (Video)
-
Məleykə Əsədova vəfat edən bacısı qızının görüntülərini paylaşdı - (Video)
XƏBƏR LENTİ
-
Aysun Moskvada "pul yağışı"na tutuldu – (Video)
-
Sahibə Qafarova Belarus parlamentinin palata sədri ilə əməkdaşlığın inkişafını müzakirə edib
-
GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib - (Foto)
-
İstanbulda son vəziyyət... - (Foto)
-
Bilgəhdə 2 nəfərin öldüyü dəhşətli qəzanın görüntüləri yayıldı - (Video)
-
Dubay polisi küçələrə 920 at gücündə “canavar” çıxardı
-
Kambocanın Baş naziri: Dialoq və beynəlxalq hüquq çərçivəsində sülhə nail olmaq lazımdır
-
"Biz hara gedirik?" - Yunus Oğuz - (Video)
-
Mərkəzi Bank kredit faizlərinin hansı halda azala biləcəyini açıqlayıb
-
Vo Thi An Suan: Azərbaycan beynəlxalq əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verib
-
Neslihan Atagül və Kadir Doğulunun Mayamidəki rəqsi gündəm oldu - (Video)
-
Hadisədən etiraf: “Yenidən evlənmək və ana olmaq istəyirəm”
-
Laos Prezidenti: AQEM-ə tamhüquqlu üzv olmaq üzərimizdə böyük məsuliyyət və öhdəlik yaradır
-
Türkmənistan Prezidenti: Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir və biz onu dəstəkləyirik
-
Azərbaycan çox vacib uğurlara imza atıb - İsrail Prezidenti
-
Zelenski: “Özümü xəyanətə uğramış hiss etdim”
-
Paşinyan bu tarixə qədər sülh sazişinin imzalanacağını düşünür
-
Bakıda maşını xarab olan sürücü həbs olundu
-
Kredit götürüb işsiz qalanlar üçün yenilik
-
"TikTok"da canlı yayımda söyüş söyənlər saxlanıldılar
-
Emoməli Rəhmon: Yalnız qarşılıqlı ehtiram, hörmət və anlaşma ilə ortaq məqsədlərimizə nail ola bilərik
-
Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
-
Məleykə Əsədova vəfat edən bacısı qızının görüntülərini paylaşdı - (Video)
-
Sabahın havası açıqlandı





