Maraqlı

Dünyanın ən uzunömürlü insanlarından biri 127 yaşında vəfat etdi

30 Sentyabr 2021 11:18
0 Şərh     Baxış: 1 185
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyanın ən uzunömürlü insanlarından biri olan 127 yaşlı Eritreya sakini Natabay Tinsiev vəfat edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 1894-cü il təvəllüdlü kişinin yaxınları onun adını "Ginnesin Rekordlar Kitabı"na salmaq üçün rekordlar kitabının ofisinə müraciət ediblər.

Qeyd olunur ki, Natabay Tinsiev ömrü boyu heyvandarlıqla məşğul olub.

Yaxınları həmçinin vurğulayıblar ki, Natabay Tinsievin əslində 137 yaşı var. Lakin keçmişdə onun doğulduğu yerdə ruhani olmadığı üçün Natabay Tinsievin doğum haqqında şəhadətnamə vərəqi 10 il sonra onun valideynlərinə təqdim olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.