Maraqlı

25 il əvvəl ölən müğənni “həyata qaytarılacaq” - FOTO

26 Sentyabr 2021 13:48
0 Şərh     Baxış: 2 007

Cənubi Koreyadakı özəl bir televiziya kanalı 25 il əvvəl vəfat edən müğənni Kwang-Seok-u canlandıracaq. Milli yayımçı SBS, bu həftənin sonunda yayımlanacaq "Əsrin Yarışması: AI və İnsan" adlı yeni bir proqramda Kimin səsini canlandırmaq üçün süni intellektdən (AI) istifadə etməyi planlaşdırır. Seok-un səsini süni zəka alqoritmləri ilə klonlaşdıracaq kanal, gələn həftə yayımlayacağı bir proqramla Cənubi Koreyalılarla görüşəcək.

Milli.Az markzone.az-a istinadla bildirir ki, Cənubi Koreyadakı özəl bir televiziya kanalı 25 il əvvəl vəfat edən müğənni Kwang-Seok-u canlandıracaq. Milli yayımçı SBS, bu həftənin sonunda yayımlanacaq "Əsrin Yarışması: AI və İnsan" adlı yeni bir proqramda Kimin səsini canlandırmaq üçün süni intellektdən (AI) istifadə etməyi planlaşdırır. Seok-un səsini süni zəka alqoritmləri ilə klonlaşdıracaq kanal, gələn həftə yayımlayacağı bir proqramla Cənubi Koreyalılarla görüşəcək.

Həyatımızın demək olar ki, hər hissəsində hakim olmağa başlayan süni intellekt Cənubi Koreyada xidmət göstərən xüsusi bir televiziya kanalının yeni bir layihəsinə həyat verəcəkdir. Kanal komandası həyatını itirən sənətçilər üçün "Əsrin Yarışması" adlı bir proqram təqdim edəcək. Gələn həftə yayımlanacaq ilk qonaq 25 il əvvəl vəfat edən Kwang-Seok olacaq.

Verilən məlumata görə, kanal rəsmiləri Kwang-Seok-un səsini klonlaşdıracaqlar. Müxtəlif alqoritmlərlə aparılan əməliyyatlar Cənubi Koreyanın əfsanələrindən olan müğənninin yenidən mahnı oxumasına imkan yaradacaq. Görüntünün necə canlandırılacağına dair bir izahat hazırda mövcud deyil.

Oxşar layihələr əvvəllər də həyata keçirilib.

Cənubi Koreyada ölən müğənniləri süni intellekt vasitəsi ilə "geri qaytarmağı" çox sevirlər.

Bu çərçivədə son illərdə oxşar tədqiqatlar aparılmış və Cənubi Koreyalı izləyicilər bu işləri həvəslə qarşılamışlar. Bununla birlikdə, süni zəka ilə yenidən qurma prosesi bəzi musiqi həvəskarları tərəfindən sərt şəkildə tənqidlərə məruz qalır. Məsələnin digər mənfi tərəfi isə, həyatını itirən müğənnilərin qanuni nümayəndələri(varisləri) bu kimi layihələrə müsbət yanaşmırlar.

Dünyada, millətlər və təşkilatlar, Sİ(Süni İntellekt)-in sui-istifadə edilməsinin qarşısını almaq üçün hüquqi islahatlar, etik qaydalar və sosial razılaşmalara çağırırlar. UNESCO, 193 üzv ölkəsi ilə birlikdə texnologiyanı tənzimləmək üçün etik əsasları qurmağa çalışır. Keçən ilin sentyabr ayında "Süni Zəka Etikasına dair Tövsiyə"-nin bir layihəsini yayımladı. Yekun hesabatı bu ilin sonunda UNESCO-nun Baş Konfransına təqdim ediləcəyi gözlənilir.

Dekabr ayında Cənubi Koreyanın Elm və İnformasiya, Rabitə Texnologiyaları Nazirliyi, Sİ-in inkişafı və tətbiqi ilə məşğul olan insanlar üçün əsas standartları əks etdirən "Milli Sİ Etik Bələdçisi"-ni yayımladı. Yazıda süni intellekt bu çərçivədə qiymətləndirilir: "insan həyatı üçün bir vasitə olaraq inkişaf etdirilməli, bunun yanı sıra insanların məqsəd, niyyətinə uyğun olaraq istifadə edilməli və bu proses də etik olmalıdır" deyilir.

Yeri gəlmişkən, kanalın ilk verilişi üçün Kwang-Seok-u seçməsi təsadüfi deyil. Seok 90-cı illərdə Cənubi Koreyanın ən yaxşı müğənnilərindən biri idi. Bu gün də unudulmayıb. Çox böyük bir seqment, əksəriyyəti gənclər, hələ də 25 il əvvəl vəfat edən müğənninin əsərlərinə həvəs göstərirlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.