Maraqlı

Uşaqlar “TikTok”dan gündə cəmi 40 dəqiqə istifadə edə biləcəklər

22 Sentyabr 2021 10:18
0 Şərh     Baxış: 1 154
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"TikTok" tətbiqinin Çin versiyasının (Douyin) sahibləri 14 yaşdan kiçik uşaqlar üçün kontentə baxmaq müddətini məhdudlaşdırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bundan sonra göstərilən yaş kateqoriyasındakı istifadəçilər populyar tətbiqdən gündə 40 dəqiqə (səhər 06.00-dan axşam 22.00-dək) istifadə edə biləcəklər. Qalan vaxtlarda platforma əlçatan olmayacaq.

Bu "yeniyetmə rejimi" əsl adlarından istifadə edərək tətbiqdə qeydiyyatdan keçən bütün uşaqlara şamil ediləcək.

Bu qərar azyaşlıları zərərli təsirlərdən qorumaq üçün qəbul edilib. Telekanalın məlumatına görə, platformanın əsas rəqibi olan "Kuaishou" mobil tətbiqi 2019-cu ildə də oxşar tədbirlər görüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.