İnsanı və cəmiyyəti ali hədəflərə çatdıra bilən cəhət – gözəl əxlaqdır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Həzrət Peyğəmbərin (s) besəti o zaman baş vermişdi ki, bəşərdə iki baris xüsusiyyət var idi. Birinci xüsusiyyət bu idi ki, elmi, əxlaqi və fikri cəhətdən öz keçmiş əcdadları ilə müqayisədə daha tərəqqi etmiş idilər. Onların arasında filosoflar və alimlər meydana gəlmişdi. Riyaziyyatçılar, həkimlər, mühəndislər mövcud idi. Bu mədəniyyət, elmsiz mümkün deyildi.
İkinci xüsusiyyəti isə bu idi ki, insanlar əxlaqi cəhətdən geri qalırdılar. Xurafat hər yeri bürümüşdü. Hökumət insanlara zülm edir və incidirdi. Əmirəl-möminin (ə) buyurduğu kimi fitnə, fəsad, qardaşın qardaşı öldürməsi bəşərin həyatını zəhərə çevirirdi. İmam Əli (ə) buyurur: "İnsanların gözünə rahat yuxu getmirdi".
Həzrət Peyğəmbərin (s) besətinin əsl hədəfi - məkarim əxlaq idi. Əgər cəmiyyətdə yaxşı əxlaqa malik insanlar olmasa, bu cür bəşər irəli gedə bilməz və ali hədəflərinə çata bilməz. İnsanı və cəmiyyəti ali hədəflərə çatdıra bilən cəhət - gözəl əxlaqdır. Gözəl əxlaq dedikdə, ancaq insanlarla mehriban rəftar etmək nəzərdə tutulmur. Bəlkə özünü tərbiyə etməkdən və yaxşı əxlaqın insanda mələkə halına salınmasından söhbət gedir. Yəni, gözəl əxlaq əməldə özünü göstərməlidir. O insanlar ki, bir-birinə həsəd aparar, bir-birinin pisliyini istəyər, fırıldaq edər, dünyaya qarşı həris və tamahkar olar, başqalarına kin bəsləyərlər - bu cür cəmiyyətdə hətta qanuna dəqiq əməl olunsa belə, səadət mövcud deyildir.
O cəmiyyətdə ki, insanlar bir-birinə qarşı özlərini təhlükəsiz hiss etməzlər və hər bir insan hiss etsə ki, ona həsəd aparırlar, ona kin bəsləyirlər, onun üçün fitnə hazırlayırlar, malına hərisdirlər - bu cür insan necə rahat ola bilər ki? Lakin əgər cəmiyyətdə əxlaq fəzilətləri hakim olarsa, insanlar bir-birinə qarşı mehriban olarsa, bir-birini bağışlamağı bacararlarsa, dünya malına həris olmazlarsa, bir-birinin irəli getməsinə mane olmazlarsa, səbirli və hövsələlidirlərsə - bu cür cəmiyyət mənəvi cəhətlə yanaşı, maddi cəhətdən də inkişaf edər. Bu cür cəmiyyətdə insanlar rahatlıq və əmin-amanlıq hiss edərlər. Əxlaq budur və bizim buna ehtiyacımız vardır. İslamın qayda və qanunları - səadət üçün vasitədirlər. Ancaq bu qanunların həyata keçməsi üçün gözəl əxlaqa ehtiyac vardır.
Həzrət Peyğəmbər (s) müsəlmanları həmişə gözəl əxlaqa, güzəşt etməyə və səbrə dəvət edir və ədaləti bərpa etməyi göstəriş verirdi. Həzrət Peyğəmbər (s) gəldi və insanların əxlaqını dəyişdirdi. Onlara öz gözəl əxlaqı ilə dərs verdi ki, dərsdən də ali bir əməl idi. İslami olmayan əxlaqla həmişə mübarizə apardı.
Ona görə də əgər bir cəmiyyət inkişaf etmək istəyirsə, gərək əxlaqını gözəl etsin. İnsan özü öz nəfsini tərbiyə etməli və paklamalıdır. Nəfsini gözəl sifətlərə adət etdirməlidir. Yəni, nəfsinə lazım olanları verilməli, o şey ki, ona ziyandır, ondan uzaq tutmalıdır. Axı bizim Peyğəmbərimiz (s) də belə olmuşdur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Mançester Yunayted" və "Sabah" komandalarının start heyətləri açıqlanıb
-
Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb - (Video)
-
“Mançester Yunayted”dən “Sabah”la bağlı ironik (Video)
-
"Həmin hadisələrdən sonra Cavanşir Məmmədovun ürəyi partladı"
-
Çində yük gəmisində yanğın oldu - 20 ölü var - (Video)
-
Bakıda sürücünün diqqətsizliyi az qala faciəyə səbəb olurdu - (Video)
XƏBƏR LENTİ
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
"Mançester Yunayted" və "Sabah" komandalarının start heyətləri açıqlanıb
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi
-
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək
-
Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb - (Video)
-
“Ölkəni kazinoya çevirmisiniz, elə bilirlər ailəmindir” - Lukaşenko
-
Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama
-
Nikahdankənar doğulan uşaqların sayı açıqlandı
-
Rusiyadan Pavloqrada dron zərbəsi: 3 nəfər ölüb, azı 34 yaralı var
-
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
-
“Mançester Yunayted”dən “Sabah”la bağlı ironik (Video)
-
"Hamı Xalq artisti oldu, mən isə yerimdə addımlayıram" - Ruhəngiz Allahverdiyeva
-
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
-
Peskovdan Qara dənizlə bağlı sərt açıqlama: “Gəmilər məhv ediləcək”
-
146 zərbə ilə öldürülən Arzunun anası Türkiyədə kürəkəninə ağır cəza tələb etdi
-
“Sabah”ın oyununa hansı kanalda baxaq?
-
Zaqatalalı iş adamının ölkədən çıxışına stop qoyuldu
-
ABŞ mayeləşdirilmiş təbii qazının Yunanıstan vasitəsilə Cənub-Şərqi Avropaya tədarükü TAP-ın rolunu genişləndirə bilər – səfir
-
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib - (Foto)
-
Rusiya Ukraynanın itkilərini yenilədi





