Maraqlı

Gənc müəllimə ailəsini qeyri-adi yolla yoxsulluqdan çıxardı - Yarıçılpaq FOTOlarını saytda yerləşdirməklə

10 Sentyabr 2021 18:00
0 Şərh     Baxış: 1 951
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Filippində yoxsul bir ailədə böyüyüb başa çatan 21 yaşlı Maeurn Smiles valideynlərini və iki kiçik bacısını maraqlı bir şəkildə acınacaqlı vəziyyətdən çıxarıb.

Milli.Az rus mediasına istinadən xəbər verir ki, qız ailəsini doyurmaq üçün ingilis dili müəllimi işləyir və saatda bir dollar qazanırnış. "Ailəm taxta bir daxmada yaşayırdı - düyü və qurudulmuş balıq kimi ən sadə yeməyi yeyirdik. Yadımdadır ki, tez-tez ac qalırdım və valideynlərim qonşularından borc götürürdülər" yazıb. Lakin bir gün tanışları ona OnlyFans platformasında qeydiyyatdan keçməyi təklif edirlər.. Qızın dediyinə görə, yarıçılpaq çəkilişlər ailəsini yoxsulluqdan çıxarmağa kömək edib.

"OnlyFans bizə sağ qalmağımıza kömək etdi və özümlə çox qürur duyuram. Qohumlarımın rahat yaşamasını istəyirəm və bütün tətillərimin pulunu ödəyirəm, həm də kiçik bacılar üçün təhsil pulu yığıram" deyib. Müəllimə əlavə edib ki, hazırda aylıq gəliri beş rəqəmlə hesablanır. Bundan əlavə, qızın Asiya ölkələrinə səyahət etmək imkanı da var: o, artıq Tailand, İndoneziya, Malayziyada olub.

Kamran Seyidov
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.