Uzun müddət arterial təzyiqdən əziyyət çəkən xəstələrin müxtəlif orqanlarında müxtəlif cür patologiyalar baş verir. Patologiyalara hədəf orqanlara aşağıdakılar aiddir:
- ürək
- baş beyin
- böyrəklər
- damarlar
Arterial təzyiq zamanı ürək
Yüksək arterial təzyiq zamanı ürəyin zədələnməsi,sol mədəciyin hipertrofiyası,stenokardiya,miokard infarktı,hətta qəfil ürək ölümü baş verə bilir.Arterial təzyiqin ürəyə çox təsiri olduğundan "ürək təzyiqi" termini son illərdə daha çox istifadə olunur.Belə ki,yüksək arterial təzyiq ürəkdə sol mədəciyin hipertrofiyasına,sol mədəciyin disfunksiyasına və hipertrofiyasına,ürək çatışmazlığına səbəb olduğuna görə xəstələrdə patoloji dəyişikliklərin əmələ gəlməsinə səbəb olur.
Arterial təzyiq zamanı böyrəklər
Böyrəklər arterial təzyiqin tənzimlənməsində mühüm rol oynayan orqanlardan biridir.Bu vazofəal maddələrin ifrazı ilə bağlıdır.Ağırlaşmaları olmayan arterial təzyiq zamanı böyrəklərin funksiyası normal our.Kəskin və yüksək arterial təzyiq yumaqcıq filtirasiyasının işini əhəmiyyətli dərəcədə aşağı salır.Daimi yüksək təzyiq yumaqvari membranların funksiyasının pozulmasına səbəb olduğu üçün arterial təzyiqin onunla əlaqədar olduğu söylənilir.Bundan başqa yüksək arterial təzyiq böyrək arteriyasının konstruksiyası yaranır ki,bu da onun funksiyasını pozmaqla proksimal kanalcıqların ilkin işemiyasına səbəb olur.İşemiyanın baş verməsi bütün nefronun zədələnməsinə gətirib çıxarır.
Arterial təzyiqin ağırlaşması olan hipertonik nefroskleroz böyrəklərin ifrazat funksiyasın zəifləməsilə xarakterizə olunur.
Arterial təzyiq zamanı damarlar və baş-beyin
Damar mənfəzinin daralmasının yüksək olması arterial təzyiqin qalxmasında böyük rol oynayır.Damarlar təzyiqin yüksəlməsində rol oynamaqlarına baxmayaraq,zədələnməyə məruz qalan orqanlardan biri sayılır.Belə ki,baş-beyin xırda arteriyalarının zədələnməsi insulta,böyrək damarlarının zədələnməsi böyrəklərin funksiyasının pozulmasına səbəb olur.
Göz dibinin tətbiqi təzyiq zamanı damarların zədələnməsinin informasiya mənbəyidir.Belə ki,yüksək təzyiqdən uzun müddət əziyyət çəkən adamlarda hipertonik retinopatiya inkişaf edir.Göz dibinin damarlarında yüksək təzyiq zamanı bir çox patologiyalara məruz qalır.Belə ki,təzyiqin yüksəkliyindən və müddətində asılı olaraq göz damarlarında aşağıdakı patologiyalar əmələ gələ bilir:
- arteriollarin daralması
- angioskleroz
- arteriya-venoz çarpazlanma
- angiospastik retinopatiya
- göz siniri diskinin şişməsi
- damarların əhəmiyyətli dərəcədə daralması
Xəstəliklərin əmələ gəlməsi arterial təzyiqin yüksəklik dərəcəsindən və onun müddətindən çox asılıdır.Belə ki,təzyiqli xəstələrin uzun müddət heç bir şikayətləri olmur.Onlar baş ağrısı,boyun və ənsə nahiyədə xoşagəlməz narahatlıq hissinin olmasından,bir müddət sonra baş gicəllənmədən,qulaqlarda küydən,ürək bulanmadan,gözlərinin önündə qığılcımların olmasından şikayətlənirlər.
Təzyiqli xəstələr mütəmadi olaraq həkim qəbulunda olmalı,həkimin göstərişlərinə əməl etməli və hər gün təzyiqlərinə nəzarət eləməlidir.
Milli.Az
Maraqlı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Arterial təzyiqin orqanlara təsiri
18 Sentyabr 2021 08:11
0 Şərh
Baxış: 650
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Lamin Yamal Çempionlar Liqasında tarix yazdı
-
Faciəli şəkildə ölən Eltacın yığdığı pulla küçəyə asfalt salındı - VİDEO
-
Ət maşınlarını qurd basıb - İyrənc görüntülər - VİDEO
-
Azərbaycan səfiri Paşinyanı ermənicə salamladı - VİDEO
-
Şaxta baba olmaq istəyənlərin NƏZƏRİNƏ: bu qədər ödəməlisiniz
-
“BakuBus” qadın sürücü ilə bağlı yayılan VİDEOya aydınlıq gətirdi
XƏBƏR LENTİ
-
Lamin Yamal Çempionlar Liqasında tarix yazdı
-
Marketlərdə dovşan əti satılır - Halaldır, yoxsa haram?
-
Faciəli şəkildə ölən Eltacın yığdığı pulla küçəyə asfalt salındı - VİDEO
-
Bakıda daha bir məşhur bazar SÖKÜLÜR - Aprelə qədər vaxt verildi
-
Qaralov, Usubov və Sultanov bir arada - FOTO
-
İlham Əliyev Lord Olderdaysı qəbul etdi - FOTO
-
Orta Dəhliz yük daşımalarının sürətli və təhlükəsiz həyata keçirilməsinə imkan yaradır - Sahil Kərimli - VİDEO - FOTO
-
Rusiyanın dondurulmuş milyardları Avropa iqtisadiyyatının taleyini həll edir
-
Ət maşınlarını qurd basıb - İyrənc görüntülər - VİDEO
-
Sabah Bakıda leysan olacaq
-
Xəzərdə itkin düşənlərin kimliyi bilindi - ADLAR
-
Onların məzuniyyəti 46 gün olacaq
-
Qarsız qış sağlamlığımıza zərər vurur - Psixiatr
-
Azərbaycan səfiri Paşinyanı ermənicə salamladı - VİDEO
-
Metroda qadına qarşı əxlaqsız hərəkətlər edən kişi həbs olundu
-
Şaxta baba olmaq istəyənlərin NƏZƏRİNƏ: bu qədər ödəməlisiniz
-
Əli Əsədov qərar imzaladı
-
“BakuBus” qadın sürücü ilə bağlı yayılan VİDEOya aydınlıq gətirdi
-
Xalq artisti titulu əlindən alınacaq - FOTO
-
Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev zirvəsi” - FOTO
-
"Galatasaray" qapıçısı 6-cı saniyədə qol buraxdı, tarixə düşdü - FOTO
-
Tramp mitinqdən sonra məşhur rəqsini təkrarladı - VİDEO
-
Prezident Ksaba Leykonu qəbul edib - FOTO
-
Reabilitasiya mərkəzinə yerləşdirilən şəxs öldü





