Əslində kalsium çatışmazlığının bünövrəsi uşaq yaşlarında qoyulmağa başlayır. Tərkibində yetərincə kalsium olan qidalardan istifadə etmədikdə bu zaman keçdikcə öz təsirini göstərməyə başlayır.
Uşaq yaşlarında valideyinlərimiz bizə süd içirərkən əksəriyyətimiz bundan xoşlanmazdıq. Amma yaşımız artdıqca kalsiumun çatışmazlığından əziyyət və bol süd içməməyimizin peşmanlığını çəkirik.
Həkimlər kalsiumun insan orqanizmi üçün vacib olduğunu, bunun üçünsə ehtiyyat tədbirlərinin uşaq yaşlarından görülməyə başlanmasını məsləhət bilir. Kalsiumun əsasən də qadınlar üçün vacib olduğunu nəzərə alsaq o zaman qadınların kalsium çatışmazlığı ilə bağlı problemlərinin baş verməməsi üçün sağlamlqlarının qeydinə qalmaları vacibdir.
Amerika alimləri 19-50 yaşına qədər olan insanlara hər gün 1000 mq kalsium qəbul etməyi məsləhət bilir. 51 yaşından yuxarı olan insanların isə gün ərzində 1200 mq kalsium qəbul etməlidirlər. Onların araşdırmaları kalsium çatışmazlığının orqanizm üçün təhlükəli olduğunu söyləyirlər.
Kalsium çatışmazlığı orqanizmdə hormonal sistemin pozğunluqarına səbəb ola bilir. Bu isə özlüyündə orqanizmdə müxtəlif problemlərin meydana çıxmasına səbəb olur.
Kalsium çatışmazlığının orqanizmdə əmələ gətirdiyi əlamətlər aşağıdakılardır
1 Ayaqlarda qıcolmalar
Kalsium çatışmazlığının sinir uclarında əmələ gətirdiyi spazmlar səbəbindən baş verir.
2 Geyişmələr və uyuşmalar
Əl və ayaqların sinir uclarında geyişmələr və uyuşmalar kalsium çatışmazlığının əlamətlərindən biridir.
3 Dişlərdə karies və dəliklər
Kalsium çatışmazlığı dişlərdə problemlərin meydana gəlməsinə əsəb olan əsas amillərdəndir.
4 Dırnaqların sınması
Kalsium çatışmadıqda dırnaqlarda və saçlarda qırılmalar meydana çıxır.
5 Yuxu pozğunluqları
Kalsiumun normal olması melatonin hormonunun normal ifraz edilməsinə səbəb olur ki, bu da yuxusuzluq əlamətləri ilə özünü göstərir.
6 Kürək və onurğa nahiyədə ağrılar
Kalsum çatışmazlığı insanların onurğa boyu və onurğaətrafı nahiyəsində ağrılara səbəb ola bilir. Kalsium çatışmazlığı zamanı insanlar daima bu nahiyələrində narahatçılıq hissi yaşayır və həmin nahiyədə olan ağrı hissində şikayətlənirlər.
7 Yaddaş zəifliyi
Mütəxəssislər yaddaşla əlaqədar meydana çıxan problemlərin əsasən kalsium çatışmazlığı səbəbindən baş verdiyini söyləyirlər.
8 Apoleksik zərbə
Mütəxəssislər kalsiumun beyindəki neyromediatrlara təsir etdiyini söyləyirlər. Neyronlarda kalsium çatışmazlığının olması isə az yaşlı uşaqlarda beyin əzələlərinin spazmına və qıcolmaya səbəb olur.
Milli.Az
Maraqlı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Orqanizmdə kalsium çatışmazlığını bildirən əlamətlər
16 Sentyabr 2021 03:02
0 Şərh
Baxış: 1 510
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Əxlaqsızlığı təbliğ edən serialla bağlı tədbir görüldü - FOTO
-
"Volkswagen"in çöküşü rəsmiləşir - Tarixdə ilk
-
Aysunun keçmiş ərinin model xanımı ilə FOTOsu maraq yaratdı
-
"Həftədə 2-3 dəfə basketbol oynayıram" - Ərdoğan - VİDEO
-
Öz-özünə hərəkət edən avtomobil qəza törətdi - VİDEO
-
Qurban Qurbanov və Nəriman Əkbərlə görüşdü - VİDEO
XƏBƏR LENTİ
-
Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyanın məhkəməsi keçirilir
-
Əxlaqsızlığı təbliğ edən serialla bağlı tədbir görüldü - FOTO
-
Sirkdə rekord başlanğıc: Çin Sirki başladı - artıq 20 000 bilet satılıb - VİDEO - FOTO
-
"Volkswagen"in çöküşü rəsmiləşir - Tarixdə ilk
-
Xalq artisti yeni doğulan nəvəsi ilə FOTO paylaşdı
-
Biləcəri sakinləri evlərinin torpaqda batmasından şikayət edirlər
-
İstanbul təhlükə ilə üz-üzə - 7 bal gücündə zəlzələ olacaq
-
Aysunun keçmiş ərinin model xanımı ilə FOTOsu maraq yaratdı
-
Taleh Qaraşovun oğlu general oldu - FOTO
-
Nazim Rzayevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı baş tutub - FOTO
-
Prezidentin yüksək vəzifə verdiyi Aida Hüseyn kimdir? - DOSYE
-
"Həftədə 2-3 dəfə basketbol oynayıram" - Ərdoğan - VİDEO
-
Sumqayıtda qızlar şalvar geyindiyi üçün məktəbə buraxılmır? - RƏSMİ AÇIQLAMA
-
Laçında hərəkət olmayan tuneldə qəza törədən sürücü həbs edildi
-
Prezidentin "Azərbaycan Bayrağı" ordeni ilə təltif etdiyi Rəfail Mirzəyev kimdir? - DOSYE
-
Öz-özünə hərəkət edən avtomobil qəza törətdi - VİDEO
-
Nura nazirliyə çağırıldı
-
Şəxsiyyət və sürücülük vəsiqələrinin verilməsi qaydası dəyişdi - YENİLİK
-
Amnistiya aktı onlara şamil ediləcək
-
Rüşvət verib “sertifikatlar” alan plastik cərrahlar – Üzərində "ölüm işi" olan da var - ADLAR
-
Sakinlər Saray MTK-dan şikayətçidir - VİDEO - FOTO
-
Amnistiya aktının 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir
-
Qurban Qurbanov və Nəriman Əkbərlə görüşdü - VİDEO
-
Türkiyədə zəlzələ oldu





