Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Quranda kitab əhlinin adı çəkilmişdir ki, yəhudilərə və xristianlara şamil edilir. Quran heç bir zaman onları musavilər və ya isavilər adlandırmamışdır. Onları kitab əhli adlandırmışdır. Çünki Quranın məntiqində Musanın (ə) və İsanın (ə) həqiqi davamçısı o kəslərdir ki, Həzrət Muhəmmədin (s) zühuru zamanı ona iman gətirərdilər. O kəslər ki, xristian və yəhudi olaraq qalıblar, kitab əhli sayılırlar. Özlərini uzun əsrlər əvvəl nazil olan kitablarının hüdudunda məhdudlaşdırıblar. (Tebyan)
"Bəqərə" və "Ali-İmran" surəsi elə ayələrə malikdir ki, kitab əhlini bizə tanıdır. Quran ayələri Günəş və Ay kimi həmişə hərəkətdədir və heç bir zaman qurumur və sabit qalmır. Quran kitab əhlinin əhvalatlarını bizə ona görə danışır ki, ibrət dərsi versin.
"Kitab əhlinin bir dəstəsi sizi azdırmaq istəyir, halbuki, onlar özlərindən başqa heç kimi azdırmırlar və (bunu) dərk (də) etmirlər (çünki, bu qəlbi və ya əməli istəyin günahı onların özlərini yaxalayacaqdır)". ("Ali-İmran" 69). Bu ayə onu göstərir ki, bütün kitab əhli belə deyildir. Lakin bəziləri ürəyində istəyir ki, biz səhv edək və düzgün yoldan çıxaq. Bu ayə gözümüzü da açır ki, pis niyyətli insanlara yersiz etimad etməyək. Özümüzü qoruyan zaman ehtiyatı əldən verməyək.
Bu ayə bizə göstərir ki, pis niyyətli insanlar heç bir zaman qələbə çalmazlar. Zalımlar başqalarına zülm etməzdən əvvəl özlərinə zülm edərlər. Ola bilsin ki, oxları hədəfə dəysin və ya dəyməsin. O kəslər ki, başqalarını yolundan azdırır, buna görə ağır cavab verəcəklər. Quran bu haqda buyurur: "Nəhayət onlar Qiyamət günü özlərinin günah yüklərini tamamilə və həmçinin nadanlıqlarına görə yoldan azdırdıqları kəslərin günah yüklərinin bir hissəsini (bunların vasitəsilə baş vermiş miqdarını) götürərlər. Bilin, onların götürdükləri pis bir yükdür!". ("Nəhl" 25).
Bu ayə o zaman nazil olub ki, kitab əhlinin əksər hissəsi Həzrət Peyğəmbərin (s) mübarək xüsusiyyətləri haqqında eşitmişdilər. Onun haqq olduğunu yaxşı bilirdilər. Lakin çoxları ona iman gətirmirdilər. Bəziləri isə həqiqəti gizlədib müsəlmanları yolundan azdırmaq üçün planlar çızırdılar. Quran bütün bunları bizim üçün aşkara çıxarır ki, ondan dərs alaq.
Qurana iman gətirmək bizi nəfsimizin hiylələrindən agah edir. Bais olur ki, nəinki başqalarının şərindən, həm də öz nəfsimizin şərindən amanda olmadığımızı hiss edək. Daima Allaha pənah aparaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıda bu məktəb BAĞLANDI - Rəsmi AÇIQLAMA
-
Yeni doğulan oğlu ilə ilk VİDEOsu
-
Modriçlə bağlı azarkeşlərə pis XƏBƏR
-
“Mən Almaniyada “Pəncərədən daş gəlir” mahnısını oxuyanda alman deyir ki, niyə erməni musiqisi İFA EDİRSƏN?"
-
"Ermənilər özləri buna qəara verməlidirlər"
-
Milyarderi zəhərləyərək öldürən şəxs edam edildi
-
II kurs tələbəsi vəfat etdi
-
79 yaşlı seysmoloq arvadından BOŞANIR
-
Süni intellektlə işləyən yeni raketi sınaqdan keçirdilər
-
Nəfəsin oriental rəqsi MÜZAKİRƏ YARATDI - VİDEO
-
Narkotik çəkən hunday sürücüsü TUTULDU - FOTO
-
Sabah dəniz havası olacaq
-
Bələdiyyə sədri Günay həbs olundu - FOTO
-
Bu binalarda evi olanlar UDDU
-
Nazir ilanı yalın əllə tutdu
-
DYP-dən sürücü və piyadalara ÇAĞIRIŞ
-
Aqrar sektor strateji iqtisadi istiqamət kimi dəyərləndirilir - Kamaləddin Qafarov
-
Bakıda məşhur bazar BAĞLANDI: “Binə” və “Sədərək” isə…
-
"Real Madrid"də prezident seçkisinin tarixi ELAN OLUNDU
-
Ülviyyə Həmzəyeva yenə SƏDR OLDU
-
22 yaşlı bloqerin müəmmalı ÖLÜMÜ - FOTO
-
Bu ölkə Böyük Britaniyadan ayrılmaq istəyir
-
Polis əməkdaşlarına atəş açan şəxs zərərsizləşdirildi
-
Məmmədbağır Bağırzadənin oğlu efirdə hönkür-hönkür AĞLADI - VİDEO





