Maraqlı

Amerikalı milyarder ABŞ-da yeni texnoloji şəhər inşa etməyi planlaşdırır

11 Sentyabr 2021 03:04
0 Şərh     Baxış: 1 610
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Marc Lore adlı amerikalı sahibkar və milyarder sıfırdan yeni şəhərin yaradılması planını açıqlayıb. Onun planında olan şəhərin adı isə Telosa-dır. Şəhərin konsepti Bjarke Ingels Group şirkəti tərəfindən hazırlanıb. Əgər nəticə etibarilə şəhər inşa edilsə, o, ABŞ-da yerləşəcək. Bununla yanaşı əgər hər şey plana uyğun getsə, ilk sakinlər Telosa şəhərinə artıq 2030-cu ilə kimi yerləşə biləcəklər. Marc Lore uğurlu biznesmen və keçmiş bankirdir. Onun əsas uğuru isə ondan ibarətdir ki, bir neçə il bundan öncə o, Jet.com adlı elektron kommersiya saytını Walmart şirkətinə 3.3 milyard dollara satmışdı. Öz bəyanatında Marc Lore bildirib ki, Telosa adlı yeni şəhər planı utopik bir layihə deyil. Buna baxmayaraq şəhər barəsindəki təsvirlərdə müəyyən utopik elementlər mövcuddur.

"Məhdud sayda torpaq sahəsi mövcuddur və uzun illər ərzində bu torpaq sahəsinə çoxlu sayda insan namizəd olmağa çalışıb. Torpaq sahəsinə vergilərdən əldə olunmuş külli miqdarda dollarlar yatırılır. Bu səbəbdən də torpaq sahəsinin qiyməti müəyyən müddətdən sonra yüksəlir. Bu halda torpaq mülkiyyətçiləri nəsə istehsal etmək və ya riskə getmək məcburiyyətində qalmırlar. Faktiki olaraq torpaq sahəsini quraqlıq yerdən milyardlarla dollar dəyəri olan şəhərə çevirmək mümkündür" - deyə Marc Lore bildirib. Buna görə də milyarder ekvitizm adlandırdığı konsepsiyanı yaradıb. Əsas məqsəd 60.703 hektar əraziyə sahib böyük torpaq sahəsi alıb onu yerli icmaya verməkdir.

Daha sonra həmin icma torpaq icarəsindən əldə olunan gəlirlərin demokratik idarəsini və vergiləri yüksəltmədən şəhər xidmətlərinin, təhsilin, səhiyyə sisteminin və s. kimi strukturların dəstəklənməsinin qiymətləndirilməsini reallaşdıracaq. Sözügedən şəhər planı barəsində məlumatlar hələ çox azdır. Lakin render fotolarda fermalara, müxtəlif yaşıllıqlarla zəngin binalara sahib Telosa şəhəri əks olunub. Müxtəlif yaşıllıqlarla zəngin olan binalar yüksək eneji effektivliyinə və müəyyən əlavə özəlliklərə sahib ola bilərlər. Buna misal olaraq Günəş batareyalarını və yağış suyunun yığılması üçün nəzərdə tutulmuş sistemləri gətirmək olar.

Equitism Tower adlı böyük qüllə mərkəzi parkda yerləşəcək. Şəhərin nəqliyyat sisteminə gəldikdə isə bura velosipedlər, aşağı sürətlə hərəkət edən avtonom avtomobillər və hətta şaquli qalxış-eniş sisteminə sahib uçan taksilər də daxil ola bilərlər. Marc Lore-nin planına əsasən şəhər mərhələli şəkildə inşa ediləcək. İlkin mərhələ 25 milyard dollara başa gələcək və 607 hektar ərazidən ibarət olacaq. Şəhərin ilkin mərhələsində 50.000 insan yaşaya bilər. Lakin yekun üçün 5 milyon insanın bu şəhərdə yaşaması planlaşdırılır. Ümumilikdə bu cür şəhərin inşası 400 milyard dollar dəyərində qiymətləndirilir. Gözləntilərə əsasən maliyyələşdirmə prosesi investorlar, filantroplar, federal və dövlət qrantları hesabına reallaşdırılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.