Maraqlı

“Google” xəritəsindən mistik görüntü

9 Sentyabr 2021 22:10
0 Şərh     Baxış: 1 614
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial şəbəkələrdə  səhrada yardım çağırışının əks olunduğu foto yayılıb. Şəkli "MrMBB333" ləqəbli "YouTube"-bloqer dərc edib.

Bloqer xəritədə İordaniyanın cənubundakı ucqar səhranı araşdırarkən qumun üzərində latın hərfləri ilə "SOS Stranded" ("Kömək lazımdır. Burda qalmışam") yazıldığını görüb. Nisbətən aşağıda isə "No" ("Xeyr") sözü yazılıb.

"MrMBB333" qeyd edib ki, qumdakı yazının ölçüsü çox böyük olduğunudan kömək istəyini yalnız təyyarədən və ya peykdən görmək mümkündür. Onun hesablamalarına görə, "Stranded" sözünün eni 46 metr, hündürlüyü isə səkkiz metrdən çoxdur.

Bloqerin tapıntısı izləyicilərin marağına səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.