Müxtəlif səbəblərdən quruyan, qabıq verən, solğun və quru dərinin hormal hala gətirilməsi çox vacibdir. Çünki elastik və nəm dəri gec qocalır və daima təravətli görünür.
Dərinin nəm və elastik olmasına sahib olmağın bir çox yolları var. Bəziləri kremlərdən, bəziləri isə müxtəlif maskalardan istifadə etməklə buna nail olur. Bəzən dərinin quru və solğun olmasının səbəbləri orqanizmin daxili problemlərinin olmasından irəli gəlir. Təbii yollarla müalicə üsulları ilə məşğul olan həkimlər dəridə olan bu problemlərin həllini daxildən müalicə etməklə əldə etməyə çalışıblar. Onlar dərisi quru və nəm olan qadınların problemlərini müxtəlif qidalarla aradan qaldırmağa üstünlük vermişlər. Bu qidalar dərini təbii yollarla nəmləndirməklə yanaşı, onu daxildən qidalandırır və təravətləndirərək qocalmasının qarşısını alır. Bu qida vasitələri aşağıdakılardır:
Su.
Dərini nəmləndirən ilk təbii qida sudur. Gün ərzində ən az 8 stəkan su içmək dərinin nəmliyini artırır.
Avokado.
Tərkibində olan doymamış yağlar, C və E vitamini sayəsində orqanizmin dərisinin asanlıqla nəmlənməsinə səbəb olur. Avokado dəri nəmləndirici meyvələrin siyahısında birinci yerdə durur.
Zeytun yağı.
Təmiz zeytun yağını qidalarla qəbul etdikdə dərinizin nəm və elastikliyini daxildən təmin edəcəkdir. Zeytun yağı üzün və əlin dərisinə sürtüldükdə dərinin elastikliyini xaricdən təmin edir.
Omeqa 3 yağı.
Bu yağ dəri hüceyrələrinin qocalmasının və ölməsinin qarşığını alımaqla yanaşı, onun daima canlı və təzə görünməyinə səbəb olur. Omeqa 3 yağı dəridə olan qırışıqların aradan qalxmasında çox faydalıdır. Bir çox balıqlarda və badamın tərkibində omeqa 3 yağı olduğuna görə həkimlər quru dərisi olan insanlara hər gün balıq yeməyi məsləhət görürlər.
A vitamini.
A vitamini orqanizmi sərbəst radikallardan qoruyur. Tərkibində A vitamini olan qidaları çox qəbul edən adamlarda dəri problemləri olmur. Onların dəriləri həmişə nəm və elastik olur. A vitamini ən çox balqabaqda, yerkökündə, pomidorda və şirin kartofda olur.
C vitamini
Dərinin elastik və sağlam görünüşə sahib olması üçün orqanizmin C vitamininə olan təlabatı ödənilməlidir. Bunu üçün tərkibində C vitamini çox olan qidalarla qidalanmaq lazımdır. C vitamini ən çox zirincdə, portağalda, sarımsaqda və kələmdə olduğuna görə dərisinin gözəl olmağını istəyən hər bir kəs bu qidaları süfrəsindən əskik etməməlidir.
Milli.Az
Maraqlı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Payız gəlib, bəs dəriniz soyuğa və küləyə hazırdımı?
7 Sentyabr 2021 08:59
0 Şərh
Baxış: 1 100
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu tarixdə doğulanların xüsusi mistik gücləri olur
-
Orqanlara bənzəyən qidalar
-
Yatmazdan əvvəl bu çayı için - möcüzəvi FAYDALARI
-
Romanov ailəsinin FACİƏSİ: Çar II Nikolayın qızları niyə ərə getməyib? – FOTO
-
"Mənim mahnılarımdan kabab iyi gəlir"
-
Dəri təmizliyində ən çox edilən səhvlər
-
Əlikramın evində toy olacaq
-
Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək - VİDEO
-
Zeynəb Xanlarovanın yeni FOTOsunu paylaşdı
-
6 ayda pəhrizsiz 27 kilo arıqladı - Sirrini açıqladı: “Yeməkdən sonra…”
-
Kimyəvi zəhər yükü ən yüksək olan meyvə və tərəvəzlər açıqlandı
-
"Hava soyuqdur, üşüyürəm, çöldə yaşamaq çətindir" - VİDEO
-
Binəqədidə kafedəki partlayışın şahidi: "İşçilərdən biri yanırdı, mən söndürdüm"
-
Günün qoroskopu: Maliyyə məsələlərində tələskənlik etmə
-
Bakı metrosunda tüstülənmə - Sərnişinlər düşürüldü
-
Niyə hamı kökəlir? - AÇIQLAMA
-
Sırski: Ukrayna üçün ərazidən imtina etməyəcəyik
-
"Qalatasaray" qələbə qazandı
-
Halil Ergün xəstəxanaya yerləşdirildi
-
Vətəndaş cəmiyyətinin nümayəndələri Avropa İttifaqının rəsmi şəxslərinə məktub ünvanlayıblar
-
2026 Dünya kubokunun püşkü atıldı - nəticələr
-
Maqnolia desertinin resepti
-
Hamiləlik testinin səhv göstərdiyi saatlar açıqlandı
-
FIFA Sülh Mükafatını Trampa verdilər - FOTO





