Maraqlı

Rusiya Twitter, Facebook və WhatsApp -ı 36 milyon rubl cərimələyir

31 Avqust 2021 22:01
0 Şərh     Baxış: 480
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Federal İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Təşkilatının (Roskomnadzor) Twitter, Facebook və WhatsApp -a qarşı qaldırdığı iddialara paytaxt Moskvadakı Taganskiy Məhkəməsində baxılıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, Rusiyada şəxsi məlumatların qorunması haqqında qanunun pozulması səbəbindən qanunvericiliyin yerinə yetirilməməsinə qərar verən məhkəmə, sözügedən şirkətləri ümumilikdə 36 milyon rubl məbləğində cərimələyib.

Rusiya qanunlarına görə, Twitter, Facebook və WhatsApp kimi böyük internet şirkətləri Rusiyada istifadəçi məlumatlarını saxlamalıdır.

Oxşar pozuntulara görə LinkedIn 2016 -cı ildə ölkədə qadağan edilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.