Mətbəxlərdə ən çox gənc maralın ətindən istifadə edilir. Maral əti Şimal ölkələrdə yaşayan əhalı tərəfindən daha çox istifadə olunur. Onun xüsusi dadı olur və müalicəvi, dietik ətlərdən hesab edilir. Maral əti bişirildiyi zaman gözəl dada malik xüsusi bulyona və ətə çevrilir. Ondan avitaminozlar və maddələr mübadiləsinin pozulmaları zamanı istifadə edilir. Maraldan məşhur diç adlanan yemək hazırlanır. Maral ətini buxarda və ya közdə bişirirlər.
Necə seçməli?
Ən yaxşı maral əti 6 ayına qədər yaşı olan maralın əti hesab olunur. Gənc maral əti tünd qırmızı rəngdə və zərif, yaşlı maralın ətinin rəngi isə daha tünd və bərk olur. Ən yaxşı maral əti isə erkək maralın əti hesab edilir.
Necə saxlamalı?
Maralın ətində yağın miqdarı az olduğuna görə onu uzun müddət saxlamaq olmur. Maral əti tez xarab olan ətlərdəndir. Onu hətta dondurucuda 3 gündən artıq saxlamaq mümkün deyil. Çünki saxlanılan maral əti dadını və keyfiyyətini itirir. Maral ətindən müxtəlif dadlı yeməklərin hazırlanmasında geniş istifadə edilir.
100 qram maral ətinin qida dəyəri:
- Zülallar - 19,5 qr
- Yağlar - 8,5 qr
- Su - 71 qr
- Kalori - 154,5 kKal.
Maral ətinin bir çox müsbət özəllikləri var. Onun tərkibində yağların və xolesterinin miqdarı çox azdır. Bu ət ürək-damar sistemi xəstəliklərinin əmələ gəlməsi üçün riskli qida sayılmır. Maral ətinin tərkibində yağların miqdarının az oluğuna görə o orqanizm üçün zərərli sayılmır. Onun tərkibində PP, B1, B2, B1 vitaminləri vardır ki, bu vitaminlərin qarışımı beynin funksiyasını yaxşılaşdırır, beyin hüceyrələrinin inkişafına səbəb olur, enerji mübadiləsini normallaşdırır, iştahanı artırır. Maral ətinin tərkibindəki antioksidantlar xərçəng hüceyrələrinə qarşı mübarizə aparmaq qabiliyyətinə malikdir. Maral əti antibiotik və müalicəvi təsirlərə malikdir. Bu səbəblər onun digər ətlərdən qiymətli olmasını təsdiq edir. Maral əti qoyun, toyuq və mal ətindən daha tez orqanizm tərəfindən sorulmaq qabiliyyətinə malikdir. Mütəmadi olaraq maral əti yemək atereskleroz, şəkərli diabet və hipertoniya xəstəliklərinin əmələgəlmə riskini aradan qaldırır. Maral əti yemək maddələr mübadiləsini yaxşılaşdırmaqla orqanizmdə piy toxumasının yığılmasının qarşısını alır. Onun tərkibində olan maddələr sərbəst radikallara qarşı mübarizə aparır, orqanizmdən ağır metal duz zəhərlənmələrinin xaric olunmasını sürətləndirir. Maral əti ürəkdə infarkt xəstəliyinin əmələgəlmə riskini aradan qaldırır.
Maral əti yemək dərini cavan və gözəl saxlayır. Hamilə və uşaqəmizdirən qadınlara maral əti yemək çox faydalıdır. O orqanizmin kanserogen maddələrə qarşı olan müdafiəsini möhkəmləndirir. Maral ətini kartof, tərəvəz və göbələklərlə bişirmək olur. Ondan dadlı kabab bişirilir. Maral əti dietik qida sayılır. O orqanizmi təmizləyici və sağlamlaşdırıcı qidalardan hesab edilir. Sağlam həyat tərzi yaşamaq istəyənlərə maral əti yemək tövsiyə edilıir. O dərinin elastik və davamlı olmasına səbəb olur.
Maral ətinin zərərli xüsusiyyətləri
Maral ətinin zərərli olması barədə heç bir yerdə qeydlərə rast gəlinməyib. Nadir hallarda maral əti allergik reaksiyaların meydana çıxmasına səbəb olur.
Milli.Az
Maraqlı
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Maral ətinin faydaları
2 Sentyabr 2021 08:59
0 Şərh
Baxış: 1 341

DİGƏR XƏBƏRLƏR
-
Aktrisa çimərlik FOTOları ilə gündəm oldu
-
Dietoloq enerji içkiləri ilə bağlı acı həqiqəti açıqladı
-
"WhatsApp”, “Facebook” və “Instagram” birləşdi
-
Günün qoroskopu: ürəklə ağılın, keçmişlə gələcəyin, qorxu ilə ümidin arasında
-
Oğlu Rəşad Dağlının fotosunu paylaşanlara müraciət etdi - VİDEO
-
Çin avtomobillərində yeni NASAZLIQ - VİDEO
XƏBƏR LENTİ
-
Aktrisa çimərlik FOTOları ilə gündəm oldu
-
Dietoloq enerji içkiləri ilə bağlı acı həqiqəti açıqladı
-
"WhatsApp”, “Facebook” və “Instagram” birləşdi
-
Turisti incit, sonra da turizm gəliri gözlə? - Ekspertdən TƏNQİD
-
Millimiz 5 top fərqlə məğlub oldu - YENİLƏNİB
-
Aktrisanın qızının anasına oxşarlığı gündəm oldu - FOTO
-
Xalq artisti ögey oğlunu belə təbrik etdi - FOTO
-
Günün qoroskopu: ürəklə ağılın, keçmişlə gələcəyin, qorxu ilə ümidin arasında
-
Coli yeni filmi üçün tanınmaz hala düşdü - FOTO
-
Oğlu Rəşad Dağlının fotosunu paylaşanlara müraciət etdi - VİDEO
-
Çin avtomobillərində yeni NASAZLIQ - VİDEO
-
Məşhur siam əkizlərinin övladı oldu - FOTO
-
Təhsil kreditinə ən çox bu universitetlərin tələbələri müraciət edir - SİYAHI
-
Bu da Hüsniyyənin heç yerdə görmədiyiniz oğlu - VİDEO - FOTO
-
Azərbaycan Türkiyədən “Altay” tankları ALACAQ - VİDEO - FOTO
-
Rektor: "İşə çıxmıram, universiteti uşaqlar idarə edirlər"
-
Ailə faciəsinə səbəb olan “bisetka” kustar üsulla qurulubmuş - YENİLƏNİB - VİDEO - FOTOl
-
Ronaldo İrəvanda azarkeşlə insident yaşadı - VİDEO
-
Benzindən ucuzdur, dizeldən təmiz - Elektrikli maşınları əvəzləyəcək
-
Ağcabədidə 16 yaşlı qız qətlə yetirildi - Qardaşı saxlanıldı
-
10 milyon qazanacaq
-
Günayın göz yaşları sel oldu - FOTO
-
Həftəsonu bu bürclər olmazın uğur əldə edəcəklər
-
Bu əlamətlər şəkər xəstəliyinin xəbərçisidir