Yetimə edilən yaxşılığın böyük mükafatları
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əhli-Beytdən (ə) nəql edilir: "Dörd şey vardır ki, hər bir müsəlmanda olarsa, Allah ona ən şərəfli yerdə yer verər: O kəs ki, yetimə pənah verər və ona sevgi ilə baxar. Ona qarşı mehriban ata olar. O kəs ki, zəifə rəhm edər və ona yardım edər. O kəs ki, ata və anasının xərcini verər və onlarla mehriban olar. Hər ikisinə yaxşılıq edər və onları qəmgin etməz. O kəs ki, xidmətçisinin, nökərinin, kənizinin haqqına təcavüz etməz. Ona yardım edər və ona gücü çatmayan işi verməz". (Erfan)
Yetim o insana deyirlər ki, atasının ölümünə görə ata nəvazişindən məhrum olmuşdur və ya anasının ölümünə görə ana şəfqətindən bəhrəsiz qalmışdır. Ya da hər ikisini itirmişdir. İslam dini yetimlərə rəhm edilməsi və sevgi göstərilməsini həmişə tövsiyə etmiş və bu işə görə çoxlu sayda mükafat təyin etmişdir. Bu işi böyük ibadət və ən üstün qürb adlandırmışdır. Yetim haqqı o qədər böyükdür ki, Quran 23 dəfə yetimin adını çəkmişdir.
Yetimə edilən ehsan.
"Və (yadınıza salın) o zaman(ı) ki, İsrail övladlarından "heç vaxt Allahdan qeyrisinə ibadət etməyin, ata-analarınıza, yaxınlarınıza, yetimlərə və yoxsullara yaxşılıq edin". ("Bəqərə" 83).
"Belə deyildir. (Güman edirsiniz ki, nemətin çoxluğu əməldə azadlıq verməkdir, onun azlığı alçaldılmaq. Həm gümanınız yalnışdır. Həm də) əslində siz yetimə ehtiram göstərmirsiniz". ("Fəcr" 17). Bu ayədən göründüyü kimi hər kim yetimə hörmət edər və haqqını qoruyar, Allah tərəfindən hörmət olunar. Allah yanındakı məqamı uca olar.
Yetimləri yedizdirmək.
"Və onlar yeməklərini, özləri(nin ehtiyacı olub çox) istədikləri halda Allaha olan məhəbbət üzündən fəqirə, yetimə və əsirə verərlər". ("İnsan" 8). Bu ayə Əhli-beytin (ə) öz yeməklərini yetimlərə verməsini bəyan edir. Əhli-beyt (ə) hamımız üçün bir nümunə olmalıdır.
Yetimə infaq etmək.
"Səndən (Allah yolunda) nə xərcləmələrini soruşurlar, de: "(Malın növü mühüm deyil, mühüm odur ki,) xərclədiyiniz mal ata, ana, yaxınlar, yetimlər, yoxsullar və yolda qalmışlar üçün olsun. Şübhəsiz Allah etdiyiniz hər bir yaxşı işi bilir". ("Bəqərə" 215).
Yetimlə evlənmək.
"Yetimləri evlənmək həddinə (hər bir insanın və heyvanın ruhi və cismi təkamülünün ilk mərhələsi olan cinsi yetkinlik həddinə) çatana qədər sınayın. Beləliklə, əgər onlarda (fikir və ağıl baxımından) bir inkişaf görsəniz, onların mallarını özlərinə qaytarın". ("Nisa" 6). "Əgər yetim qızlar barəsində (həmin dövrün adət-ənənəsinə uyğun evlənəcəyiniz təqdirdə) ədalətə riayət etməyəcəyinizdən qorxsanız, onda meyliniz olan (başqa) qadınlardan ikisi, ya üçü və ya dördü ilə evlənin". ("Nisa" 3).
Yetimin malını özünə qaytarın.
"Və yetimlərin mallarını (onlar həddi-büluğa çatdıqdan sonra) özlərinə qaytarın. Murdar və haram (mal)ı (qiymət fərqinə görə) pak və halal (mal) ilə dəyişdirməyin (özünüzün pis malınızı onların qiymətli malları ilə dəyişdirməyin). Həmçinin onların mallarını öz mallarınıza qatıb yeməyin ki, həqiqətən bu, böyük günahdır". ("Nisa" 2).
"Beləliklə, əgər onlarda (fikir və ağıl baxımından) bir inkişaf görsəniz, onların mallarını özlərinə qaytarın". ("Nisa" 6).
Yetimin malını yemək.
"Həqiqətən yetimlərin mallarını zülm ilə yeyənlər əslində qarınlarına od daxil edirlər (yetimin malına toxunmağın axirətdəki gerçək təzahürü od yemək olacaqdır). Və onlar tezliklə (yetimin malını yeməklə ölüm arasındakı az bir fasilədən sonra) yanar oda daxil olar və onun hərarətini dadarlar". ("Nisa" 10).
İmam Sadiq (ə) buyurur: "Hər kim istəyərsə ki, Allah onu rəhmətinə daxil etsin, behiştdə yer versin - gərək əxlaqını gözəl etsin. Hamıya qarşı insaflı olsun və yetimə sevgi bəsləsin".
Əmirəl-möminin (ə) buyurur: "Elə bir mömin kişi və qadın yoxdur ki, nəvaziş əlini yetimin başına çəkər, məgər o halda ki, Allah əlinin dəydiyi hər bir tükə görə ona həsənə yazar".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu bürclərin qayınanaları ilə yola getmək çox çətindir
-
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
-
Nə sirkə, nə də soda: Pestit qalıqlarını dərhal yox edir
-
Ferrari ilk elektrikli avtomobilində bunlara üstünlük verib - (Foto)
-
Nə qara, nə də yaşıl: Ən sağlam zeytun növü açıqlandı
-
Dünyanın ən güclü adamı niyə gəzə bilmir? - (Foto)
XƏBƏR LENTİ
-
Tural Hüseynov yenidən səhnəyə qayıdır: “Azərbaycan musiqisini layiqincə təmsil etmək istəyirəm” - (Foto)
-
Selcan Mahsudova Dünya çempionatında finala yüksəldi
-
Qızıl almaq istəyənlərin nəzərinə
-
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
-
Azərbaycan nefti bahalaşıb
-
Qazaxda iki nəfər bir-birini bıçaqladı
-
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - (Foto)
-
Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək
-
“Brent” nefti bahalaşdı
-
Jesuş Ronaldunun Portuqaliya millisindən getməsinə görə təəssüflənmir
-
Santyaqo Penya ev dustağı edildi
-
Ukrayna iki il ərzində G7 ölkələrindən 49,4 milyard dollar yardım alıb
-
ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsi üzrə texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar
-
Bu bürclərin qayınanaları ilə yola getmək çox çətindir
-
Payızda yatmazdan əvvəl bunları edin – Səhərə gümrah oyanmağın yolları
-
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
-
Nə sirkə, nə də soda: Pestit qalıqlarını dərhal yox edir
-
Ferrari ilk elektrikli avtomobilində bunlara üstünlük verib - (Foto)
-
Nə qara, nə də yaşıl: Ən sağlam zeytun növü açıqlandı
-
Dünyanın ən güclü adamı niyə gəzə bilmir? - (Foto)
-
Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı
-
Ermənistan əhalisinin 30%-i prezidenti tanımır
-
Günün qoroskopu: Xərclərinizdə ölçülü olmağınız məsləhətdir
-
Gürcüstanda azərbaycanlı iki qardaş qətlə yetirilib - təfərrüat - (Video)





