Maraqlı

4 dəfə peyvənd olan həkim: Hələ də risk var

28 Avqust 2021 17:45
0 Şərh     Baxış: 1 751
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanlı həkim 4-cü dəfə peyvənd olunub.

Milli.Az xəbər verir ki, bu barədə həkim Yasin Haqverdi özü məlumat verib.

O qeyd edib ki, koronavirus xəstələri ilə çalışdığı üçün belə bir addım atıb:

"4-cü doza peyvənd olundum: 2 doza Sinovac + 2 doza Biontech. Pandemiya başlayandan bəri korona xəstələrinin də olduğu xəstəxanada işləyirəm. Bu günə qədər maska, məsafə, təmizlik qaydasına tam əməl etmişəm, 12 dəfə PCR testi vermişəm və negativ çıxmışam. Bu gün də 4-cü dəfə peyvənd olundum.

Amma bu qədər qorunmağa və peyvəndə baxmayaraq, koronaya yoluxma və ağır keçirtmə ehtimalım hələ də var. Orta məktəblərdə isə "ehtimal, faiz, nisbət" mütləq dəqiq öyrədilməlidir, bütün elm bunların üstündə qurulub".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.