Maraqlı

Hansı vitamin insanı aterosklerozdan qoruya bilər

28 Avqust 2021 23:50
0 Şərh     Baxış: 895
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Edit Kouen Universitetinin alimlərinin qeyd etdiyi kimi, K vitamininin yüksək qəbulu ateroskleroz (qan damarlarının xroniki xəstəliyi) riskini azaldır. K vitamini ilə zəngin olan qida rasionu aterosklerozla əlaqəli ürək-damar xəstəliklərinin inkişaf riskini 34% azaldır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, 20 ildən çoxdur ki, ABŞ-ın Edit Kouen Universitetinin alimləri təxminən 50 min insanın iştirak etdiyi araşdırma aparıb. Bu vitaminin iki növünün olduğuna diqqət çəkilir: yaşıl yarpaqlı tərəvəzlərdə və bitki yağlarında olan K1 ət, yumurta və mayalanmış qidalarda olan K2. Araşdırma yüksək miqdarda K1 vitamini qəbul edən iştirakçıların aterosklerozla əlaqəli ürək-damar xəstəliyinə görə, xəstəxanaya düşmə ehtimalının 21% daha az olduğunu göstərib. Yüksək miqdarda K2 vitamini qəbul edərkən bu rəqəm 14% idi və periferik arteriya xəstəliyi riski 34% azalıb.

Mütəxəssislər mövcud pəhriz qaydalarının əsasən K1 vitamininin miqdarına yönəldiyini vurğulayır. Bununla belə, K vitamininin aterosklerozun inkişafına qarşı qorumanı təmin edə biləcəyinə dair artan sübutlar var. Bu baxımdan mütəxəssislər, orqanizm tərəfindən müxtəlif yollarla mənimsənilə bilən K2 vitamini ilə zəngin qidalar və onun formaları haqqında məlumat bazasını genişləndirmək niyyətindədirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.