Qaraciyər tərkibində olan bioloji maddələrə görə qiymətli ət məhsulu sayılır. Qaraciyər müalicəvi qida maddələrindəndir. Onun hüceyrə quruluşu özünəməxsus tərkibi ilə orqanizmə müalicəvi təsir göstərir. Qaraciyərdən hazırlanan paştetlərin və kolbasaların dadını isə heç nə ilə əvəz eləmək mümkün deyil. Qaraciyərin tərkibində olan zülalların miqdarı mal ətinin tərkibində olan zülalların miqdarından daha çox və orqanizm üçün daha faydalıdır.
Qaraciyərin tərkibi dəmirlə zəngindir. Bu isə qanda hemoqlobinin miqdarının artmasına və qanda olam bəzi piqmentlərin miqdarının çoxalmasına səbəb olur. Qaraciyər yumşaq ətdir. Onu bişirən zaman diqqətli olmaq lazımdır. Bəzi aşbazlar qaraciyəri bişirməzdən əvvl onu süddə saxlayırlar. Bu zaman qaraciyər bişərkən daha dadlı, sərt və quru olur, əzilmir. Qaraciyəri bişirməzdən əvvəl onu təmiz yumaq lazımdır.
Qaraciyərin tərkibində zülallar, yağlar və əvəzolunmaz amin turşuları var.Qara ciyərin tərkibi A, D, K, E və B qrup vitaminlərlə zəngindir. Qaraciyərdə çoxlu miqdarda makro və mikroelementlər(dəmir, fosfor, kalium, natrium, maqnium, kalsium və s.) var. Qədim zamanlarda qaraciyər ən yaxşı müalicəvi xüsusiyyətlərə malik qida vasitəsi hesab edilib. Qədim Misirdə qaraciyəri bir çox xəstəliklərin müalicəsində istifadə ediblər. İbn Sina öz əlyazmalarında keçinin qara ciyərinin göz zəifliyində faydası olduğunu yazmışdır. Həmin zamanlar A vitamini barədə elmdə məlumatlar olmayıb. Sonralar qaraciyərin tərkibində çoxlu miqdarda A vitamininin olması və bu vitaminin gözün görmə qabiliyyətini yaxşılşadırdığı aşkar edilmişdir.
Qara ciyərin tərkibi orqanizm üçün vacib olan elementlər, vitaminlər var. Qaraciyər yemək qanın miqdarının artmasına, görmənin yaxşılaşmasına, zəifliyin aradan qalxmasına, dişlərin möhkəmlənməsinə, saçlardakı quruluğun aradan qalxmasına səbəb olur. Mütəxəssislər ürək-damar xəstəliklərindən əziyyət çəkənlərə, oynaq problemləri olanlara qaraciyər yeməyi məsləhət bilir. Qaraciyər yemək qanda xolesterinin miqdarının azalmasına səbəb olur. Tərkibində xromun miqdarının çox olduğuna görə qaraciyər atereskleroz və şəkərli diabet xəstəliyinin əlamətlərinin azaldır.
Qaraciyərin zərərli xüsusiyyətləri
Açıq parlaq rəngli və üstündə ləkələri olan qaraciyərdən istifadə eləmək olmaz. Bu heyvanın qaraciyərinin xəstə olmasının göstəricisidir. Qanında xolesterinin miqdarı çox olan adamlara quşların qaraciyərini vermək olmaz. Bu onlarda xolesterinin miqdarının artmasına və ürək-damar xəstəliklərinin əmələ gəlməsinə səbəb ola bilir. Yaşlı adamlara həftədə 100 qramdan artıq qara ciyər yemək olmaz.
Milli.Az
Maraqlı
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Qida vasitəsi kimi qaraciyərin faydaları
26 Avqust 2021 08:11
0 Şərh
Baxış: 1 041

DİGƏR XƏBƏRLƏR
-
Özbək bloqer diri-diri məzara girdi - VİDEO
-
Şahbuzda faciəvi şəkildə ölən 3 qadının FOTOSU - YENİLƏNİB - VİDEO
-
Günün qoroskopu: siz tək deyilsiniz
-
Qazaxda qəza - 3 nəfər ağır yaralandı - YENİLƏNİB - VİDEO
-
Biləcəridəki dəhşətli qəzada həlak olanların FOTOsu - Yenilənib - VİDEO
-
"Aliye" uzun illər sonra - indi 50 yaşındadır - FOTO
XƏBƏR LENTİ
-
Özbək bloqer diri-diri məzara girdi - VİDEO
-
Şahbuzda faciəvi şəkildə ölən 3 qadının FOTOSU - YENİLƏNİB - VİDEO
-
Xırdalan-Masazır dairəsindəki yol xaosu nə vaxt həll olunacaq?
-
Günün qoroskopu: siz tək deyilsiniz
-
"Qalatasaray"da ciddi itki
-
Rusiyada iş saatları azaldılır? - Deputatdan açıqlama
-
Azərbaycanın cüdo millisi Avropa çempionatında birinci olub - FOTO
-
Qazaxda qəza - 3 nəfər ağır yaralandı - YENİLƏNİB - VİDEO
-
Biləcəridəki dəhşətli qəzada həlak olanların FOTOsu - Yenilənib - VİDEO
-
"Aliye" uzun illər sonra - indi 50 yaşındadır - FOTO
-
Belə kartofları qətiyyən yeməyin - Açıqlama
-
"Atamın kim olduğunu demirəm" - Hacıbaba Bağırovun 22 yaşlı qızı - VİDEO
-
Üç bürc üçün qaranlıq günlər geridə qaldı
-
Çinin birinci xanımının əli havada qaldı – diplomatik gərginlik - VİDEO
-
İtaliyanın Rai telekanalı Qarabağdan reportaj yayımlayıb - VİDEO - FOTO
-
Portuqaliya millisi səfərdə Ermənistanı darmadağın etdi - YENİLƏNİB - VİDEO
-
"Sakit uşaqlar "hədiyyə" deyil, "qırmızı bayraq"dır" - Açıqlama
-
"Belə qadınlar dünyaya uşaq gətirməsin"
-
Feysbuk uzun müddət sonra bu funksiyanı geri gətirir
-
"İslandiyaya məğlubiyyətin əsas günahkarı Fernandu Santuşdur"
-
"Türkiyə ilə müharibə ordumuz üçün ağır olar"
-
Pul yığmağa mane olan əsas səhvlər açıqlandı
-
Tramp Pentaqonun adını dəyişdirdi
-
Rəqibə tüpürən Suaresin cəzası bəlli oldu