Maraqlı

Pikassonun 11 əsəri hərraca çıxarılacaq

14 Avqust 2021 08:38
0 Şərh     Baxış: 751
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pablo Pikasso tətəfindən çəkilmiş və Las-Veqasda "MGM Resorts" kazino və hotellər qrupuna məxsus 11 rəsm əsəri oktyabr ayında hərraca çıxarılacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, söhbət beş əsərdən gedir, onların bəziləri "Bellagio" hotelindəki "Picasso" restoranında sərgilənir, ümumi dəyəri isə 100 milyon dollardır.

Hərrac rəssamın anadan olmasının 140 illiyinə təsadüf edir. Rəssamın 50 ildən çox yaradıcılıq fəaliyyəti dövründə kağız və keramika üzərində hazırladığı işlərin də yer aldığı hərrac oktyabrın 23-də Las-Veqasdakı "Bellagio" hotelində keçiriləcək.

Restoranda Pikassonun əvvəlki kimi daha 12 əsərinin nümayişi davam etdiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.