Yuxusuzluq hamiləlik dövründə meydana çıxan problemlərdən biridir. Qadınların bəzilərində hamiləlik zamanı yuxusuzluq hamiləliyin ilk üçaylığından başlayır. Bunun səbəbi isə hamilə qadının çox gərgin olması və çox fikirləşməyidir. Ananın başında həddindən çox düşüncələrin olması onun sinir sistemindəki oyanıqlığı artırır ki, bu da qadının yuxularını " əlindən alır". Hamilə qadınların əksəriyyətində isə yuxussuzluq ikinci üçaylığın sonlarında və üçüncü üçaylıqda meydana gəlir. Bu zaman hamilə qadının qarnı böyümüş olur və o yatağa uzanarkən diskomfort hissi yaşayır. Qarın böyüdükcə yatağa rahat uzanmaq daha da çətinləşir və ananın yuxusu azalır. Bu zaman isə ananın ginekoloqa müraciət etməsində fayda var. Çünki, hamilə qadının normal yuxusu təmin olunmalı və o istirahət etməlidir.
Hamiləlik zamanı qadınlarda yuxusuzluğun baş verməsində hormonal sistemdə olan dəyişikliklər də mühüm rol oynayır. Hamiləlik zamanı progestron və digər hormonunun miqdarı artır. Buna hazır olmayan orqanizmin sinir sistemində oyanıqlıq əmələ gəlir və yuxusuzluq baş verir.
Hamiləlik zamanı qadınlarda yuxusuzluq fizioloji səbəblərdən də baş verə bilir. Bu səbəblərə aşağıdakılar aiddir:
* qarının böyüməsi
* bel və ya onurğa hissədə ağrıların meydana gəlməsi
* uşağın ana bətnində həddindən çox hərəkət etməsi
* gecələr tez-tez sidiyə çıxma
* qıcqırma hissi
* əzələlərdə meydana çıxan qıcolmalar
* qarın dərisinin dartılması səbəbindən baş verən dəri qaşınmları
* diafraqmanın sıxılması səbəbindən meydana çıxan boğulmalar
Psixoloji səbəblər:
* xroniki yorğunluq
* əsəb gərginliyi, stress
* qorxulu gecə yuxuları
Hamilə qadınlarda olan yuxusuzluğu necə aradan qaldırmaq olar?
1. Hamilə qadınlar gərginlikdən uzaq durmalıdırlar.
2. Yüngül işlərlə məşğul olmaq qadının yorulmasına və rahat yatmasına səbəb ola bilir.
3. Hamilə qadın qorxulu yuxular görürsə yuxusunu mütləq kiməsə (ərinə, anasına, rəfiqəsinə) danışmalıdır. Bu onu psixoloji cəhətdən rahatladar. Psixoanalitiklər qorxulu yuxunun yaxın adamlarla müzakirə olunmasının insana rahatlıq gətirdiyini söyləyirlər.
4. Gün ərzində hamilə qadınlar üçün nəzərdə tutulmuş idman hərəkətləri qadının əhval ruhiyyəsini və gecə yuxusunu normallaşdırır.
5. Axşamlar təmiz havada gəzinti, sakit və dostcasına söhbətlər hamilə qadının yuxusunun normllaşmasına səbəb ola bilir.
6. Axşamlar yüngül yeməklərlə qidalanmaq, az maye qəbul eləmək yuxunun normallaşmasına yardım edir.
7. Yatmazdan əvvəl 1 stəkan qaynar süd içmək hamilə qadının yuxusunu dərinləşdirir.
8. Yatmazdan əvvəl qarının dərisini losyonla silmək dərinin qaşınmamasına və yuxusuzluğun baş verməməsinə səbəb olur.
9. Yatmazdan əvvəl əsəbləşməmək, yataq otağının havasını dəyişmək, hətta, otağın kiçik pəncərəsini açıq qoyub yatmaq rahat yuxuya səbəb ola bilir. Əgər hava sərindirsə o zaman ayağınıza corab geyinib yata bilərsiniz.
10. Hamilə qadının yatağı rahat olmalı, təbii yataq paltarı geyinməli və təbii patçadan tikilmiş yataq dəstələrindən iatifadə etməlidir.
11. Hamilə qadın yatağa uzanarkən özünə rahat poza seçməli və ona necə rahat olursa o cürə də uzanmalıdır.
Hamilə qadınlara yuxugətiricilərdən istifadə etmək olmaz. Bu səbəbdən də hamilə qadın yataq rejimini təyin etməli və yuxarıda yazılanlara əməl eləməlidir.
Milli.Az
Maraqlı
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Hamiləlik zamanı yuxusuzluq
17 Avqust 2021 08:05
0 Şərh
Baxış: 1 192

DİGƏR XƏBƏRLƏR
-
3 kq jelibon yedi, reanimasiyaya düşdü
-
Orxan Lökbatanlı özünə 250 minlik maşın aldı - VİDEO
-
Tramp "TikTok"a qayıtdı - İlk VİDEOsu belə oldu
-
Avtobusda qadın sərnişin sürücü ilə qırğına çıxdı - VİDEO
-
Şabranda ölümlə nəticələnən ağır qəzanın ANBAAN VİDEOsu
-
"Apple"ın ən güclü cihazları bəlli oldu - Hansı "iPhone" siyahıdadır?
XƏBƏR LENTİ
-
Prezident: Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcək
-
İlham Əliyev Azərbaycanda TDT-yə üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edib
-
Prezident: Türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir
-
Azərbaycan Prezidenti TDT-ni qlobal arenada vacib aktora çevirən amilləri sadalayıb
-
İlham Əliyev: Bu gün Türk Dövlətləri Təşkilatı ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır
-
3 kq jelibon yedi, reanimasiyaya düşdü
-
Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilir Prezident tədbirdə çıxış edir - CANLI
-
Prezident Qəbələdə Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb
-
İlham Əliyev Putini təbrik edib
-
Orxan Lökbatanlı özünə 250 minlik maşın aldı - VİDEO
-
22,6 milyon manat ƏDV qaytarıldı
-
Tramp "TikTok"a qayıtdı - İlk VİDEOsu belə oldu
-
Avtobusda qadın sərnişin sürücü ilə qırğına çıxdı - VİDEO
-
Maaş gecikəndə işçiyə əlavə faiz verilməlidir - QANUN
-
Ərdoğan Azərbaycana səfərə gəlib - FOTO
-
Azərbaycanın tikinti bazarında nə baş verir?
-
İlham Əliyev Qəbələdə Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb - FOTO
-
Şabranda ölümlə nəticələnən ağır qəzanın ANBAAN VİDEOsu
-
“Yüksəliş”in qalibi taksi şirkətinə rəhbər təyin edildi - FOTO
-
Sabah 29 dərəcə isti olacaq
-
"Apple"ın ən güclü cihazları bəlli oldu - Hansı "iPhone" siyahıdadır?
-
45 yaşlı idarə rəisi qəfil vəfat etdi
-
Şirvanda TƏBİB əməkdaşının bıçaqlanması ilə bağlı cinayət işi açılıb
-
Arvadını güllə ilə öldürdü, “təsadüf” dedi